Giley xəstəliyi bürüyüb bizi,Bu boyda məmləkət giley içində.Umu-küsülərdən, dedi-qodudanAsudə yer yoxdu, ölək içində.Hamı bir-birindən gileyli gəzir,Kişi arvadından,arvad ərindən,Hərə öz kəndindən,öz şəhərindən,Uşaq atasından, ata uşaqdan,Torpaq əkənindən,əkən torpaqdan,Qeybət itiləyir, qeybət üyüdürDünya söz böyütmür, qeybət böyüdür!Bütün qeybətlərə – “qardaşlıq” qəbri!Qeybət məzarlığı çiçək-çiçəkdir.Bu şeytan toxumu düşməyən yerdənRuhumuz təzədən göyərəcəkdir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring