Dedi-qodu yayanlara

Yürüyürük, yolumuz tikan, çala, dağ, dərə,Qəlbimiz alov aldı bir sönməz ehtirasdan.Yürüyürük, bu yolda qurbanlar verə-verə,Varlığımız kül oldu düşdügümüz bu yasdan…

Susun, siz barı susun, gəlsin diləgə dağlar,Titrəsin acılardan zəhər sunan dodaqlar.Vətən atəşdə, qanda, Araz coşar, Kür ağlar,Sizlər utanmadınız o talanmış Qafqasdan

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland