Pozuldu rövnəqi-gül, əlri-gülüstan getdi,Saraldı gülləri, əl çəkdi bağiban getdi.

Durubdu sərv, əgər, bağin içrə müstəhkəm,Diriğ, sərvi-rəvan getdi, əlaman, getdi.

Nə qoydu dəhrdə bir kam alub murada yetəm,Nə aldı canımı qurtardı, cansitan getdi.

Çəməndə lal gəlib getdi dəhzəban susən,Ki, çeşmi-nərgisi-məst oldu xunfəşan, getdi.

Nə qoydu xar ki, gül əndəlibə meyl etsin,Nə əndəlib öz əhdində kamiran getdi.

Dönüb o əlif qədi dalə bir güi hicrində,Diriğ, bülbül olub pir, o növcavan getdi.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nihan olan qəmini faş qıldi mərdüm üçün,Kəminə, dərdi-dilin oldu dastan getdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring