Laməkan şəhrindən gəldim cana mən,Canlar əhli bir canana yetişdim.Əldən-ələ, qabdan-qaba süzüldüm,Qətrə idim, bir ümmana yetişdim.

Bir gözəlin ələyindən ələndim,Bəli dedim, bəlasma bələndim,Yeri, göyü yaradandan diləndim,Gövhəri axtardım, kana yetişdim.

Qurbani der: göz gözlədim, göz aldım,Səmağ oldum, ağılmənddən söz aldım,Düz tərpəndim, mərufumu tez aldım,Ədəb gördüm, yol-ərkana yetişdim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice