Ey ariflər, eynim yaş ilə doldu,Sel-sel oldu, üzüm üstə yeridi.Aləmi-röyada gördüm camalın,Elə bildim mələklərin biridi.

Qızıl gülü dəstə-dəstə dərəm mən,Dərib-dərib pünhan yerə sərəm mən,Əhdim budu, bir də yarı görəm mən,Gözüm gözlərinin intizarıdı.

Əzəl başdan belə yazıldı yazı,Şirindi söhbəti, şirindi sazı,Gəncə şəhərində Ziyad xan qızı,Qurbanini oda salan Pəridi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets