Lam-ləng ola
Mərifət bəhrində, ədəb-ərkanda,Bir igid istərəm lam-ləng ola.Atı Düldül ola, qılıncı düsər,Dayanmaz, qabaqda yüz pələng ola.
Sərində görmüşəm cığalı çəngər,Üzündə duymuşam müşk ilə ənbər.Kənan şəhrində Yaqub peyğəmbər,Yusif tək camalı çox qəşəng ola.
Fərhad qaya çapar, sənginə yetməz,Kimsə ərənlərin dənginə yetməz,Heç cəng o movlanın cənginə yetməz,Ya rum, Qeysər, ya Firəng ola.
Xəstə Qasım əl götürməz daməndən,Sidqini bağlayıb Sahib-Zamandan,O gün çox qorxuram Şahi-Mərdandan,Çəkə Zülfüqarın xulqu təng ola.
Kitabxana.az · https://kitabxana.az/en/works/xeste-qasim-lam-leng-ola
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Olmuşam səhra-güzər bir Leyli sevdasında mən,Gəşti-Məcnuna yetişdim eşq səhrasında mən.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi