Bir gözəl sevəsən boyu tamaşaGörən kimi könül ona bənd ola.Gözəlliyi, gül camalı bir yana,Dil-dodağı şəkər ola, qənd ola.

Bir gözəl sevəsən qaməti bəstə,Görəndə aşiqi eyləyə xəstə.Çoxdan axtarıram bir elə kəs dəİşarə anlaya, dərdimənd ola.

Mən Qasımam, əl götürməm canandan,Canan qarşı gəlsə, keçərəm candan.Rəngi artıq ola güldən, reyhandan,Zülfləri boynuma bir kəmənd ola.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love