Mən
Səyyad oldum, səhra gəzdim,Tor qurdum tərlana mən.Keçdi qışım, gəldi yazım,Dönmüşəm gülşana mən.Lovğalanıb öz-özünə,Öymə kəndini qarşımda,Əgər düşsən qərq olarsan,Bənzərəm ümmana mən...
Sözlərinə cavab verrəm,Mat qalarsan bu işə,Şahmar kimi elə vurram,Yanıb bədənin şişə,Çətindir ki, sar havada,Tərlan üstdə yürüşə,Əzəlindən qul olmuşam,Ol şahi mərdanə mən.
Xəstə Qasım Tikmədaşlı,Bir tükənməz bazaram.Nə müddətdir Məcnun kimi,Səhraları gəzərəm.Ustadlardan dərs almışam,Nə istəsən yazaram.Müşkülləri həll etməkdə,Tay gəlləm Loğmana mən.
Kitabxana.az · https://kitabxana.az/en/works/xeste-qasim-men
Use ← → keys to move, R for a random poem
More by this author
İnsan oğlu qafil olma, aç gözün qəbristanə bax!Üz çevir haqqın yoluna, haqq ilə divanə bax.
MənimAdəmdən xatəmə, natiqi Quran mənim,Din mənim, məssəb mənim, yol mənim, ərkan mənim,
ÜçBir əcayib nəstə gördüm, kökü bir, budağı üç,Hər ağacdan altmış çiçək, yüz səksən yarpağı üç.
Varİnsan oğlu yalan demə, yalan da var,Üzümə aydın görünmə, çiskinli duman da var.
Poems by other poets
Ah kim, bir yarın istiğnası öldürdü məni,Nazilən sərxoş xumar baxması öldürdü məni,
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,