Zarafat
Rza şahın şah olmaq söhbətini qabaqlarda mən zarafat sanırdım və indi də zarafat sanıram. Səbəbi budur ki, indiki əsrdə təzədən taxta çıxıb, tac qoymaq söhbətini bir yanda eşidəndə adam elə bilir ki, küçə uşaqları küçədə şah-şah oyunu oynayırlar.
Amma İranın işi çox məzəlidir. Bir neçə ay bundan qabaq İranın bıvşi (keçmiş) padşahı Əhməd şah Firəngistandan İrana gəlməyə hazırlaşanda İran azadixahları Əhməd şaha kağız yazmışdılar ki, sənin indiki əsrdə Tehrana qayıtmağın bicadır. Çünki dünyada cəmi hökumətlər cümhuriyyət şəklini aldığı halda, biz iranlılar özümüzü bundan sonra bir nəfər şahın istibdadı altına salmarıq. Hətta Rza şah özü də axırıncı məktubunda bu məzmunda Əhməd şaha bir vəsiyyət yazmışdı. İndi belə məlum olur ki, bunlar hamısı biclik imiş. Demək, beləliklə, biçarə Əhmədin başının altına yasdıq qoymuşlar və qoydular da.
Mənim sözüm orada deyil. Mənim sözüm İran azərbaycanlıları barəsindədir. Çünki Tehran barəsində bir o qədər məlumatım yoxdur. Amma Təbrizin işləri çox qəribədir. Çox eşitməli və çox da gülməlidir.
Hər kəs beş-altı il bundan qabaq İran Azərbaycanını yavuqdanyavuğa görüb və eşidibsə, indi mənim bu sözlərimin mənasını anlaya biləcək. Amma hər kəs nə görübdür və nə eşidibdir, onun üçün mənim bu yazdığım maraqlı görülməyəcək. Elə də bu sətirləri burada qoysun, vərəqin o biri tərəfini çöndərsün. Orada məzəli-məzəli sözlər var, oxusun, ləzzət aparsın.
Hə dadaş! Bə necə oldu sənin “Azadistanın”?
Bəs, sən o vədə Azərbaycanı Tehrandan ayırdın, bəs, sən Azərbaycan adını sənədlərdən və kitablardan pozdun, “Azadistan” eylədin. Bəs, sən Azərbaycanda cümhuriyyət üsul-idarəsi qurub, Təbrizi mərkəz qərar verib, inamla və vicdanla vətənin azadlığını saxlamağa əhd etdin. Mən bu sözləri dünən həmən “Azadistan” övladının birinə küçədə dedim və ondan cavab istədim. O da mənə belə bir cavab verdi:
– Mənim özümün də bu saat Təbrizdən xəbərim yoxdur. Ancaq o üç nəfər millət vəkili ki, Tehranda məclisi – müəssisanda təzə şahın intixabında bitərəf qalmış üç nəfər millət vəkili bilsəydim ki, kimlərdir, bu barədə sənə bir cavab verə bilərdim. Ancaq hər nə olmuş olsa, ürəyini sıxma.
Mən soruşdum ki;
Necə yəni ürəyini sıxma?
Dedi: Rza xanın şah olmağı mənim üçün bu saat toy-bayramdır.
Mən dedim ki, balam, bəs, mən səni özgə cür tanıyırdım.
Dedi:
Elə heylə də tanı! Çünki əgər İran cümhuriyyət elan olunsaydı və Rza xan da cümhuriyyət rəisi qərar verilsəydi – o vaxtda onun məqamı indikinə nisbətən daha uzun olardı. Amma o özünü nizə gücü ilə şah elədiyi üçün indi sən axırına tamaşa elə. Qadan alım, buna İran deyirlər. İndi bundan sonra vəlvələyə-zəlzələyə tamaşa elə və heç ürəyini sıxma.
Lağlağı
“Molla Nəsrəddin” 19 dekabr 1925-ci il, №51
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-zarafat-2
Use ← → keys to move, R for a random poem
More by this author
Əvvəla deyirsən ki, Ağdam qəzasının Seyidli kəndinə gedən yollar əldən düşmüşdür: hara baxırsan kalandır. Gəlib-gedən kəndlilər əziyyət çəkirlər. Halbuki, bunu düzəltmək çox asandır; çunki kəndin yavuqluğunda daş və qum vardır. Camaata təklif olunsa, hərə bir araba gətirib, yola tökə bilər. Elə axırda da deyirsən ki, qəza kommunal şöbəsi tədbir görməlidir.Molla Nəsrəddin: bu sözlər boş sözdür, ondan ötru ki, insan hər işdə gərək zəhmət çəksin.
MünacatEy yerin, göyün, dünya və axirətin padşahı! Axı bir de görüm hardasan?And olsun sənin canına, özünü elə saxlayırsan ki, sənin varlığına çoxları şəkk gətirmək istəyirlər.
BöhtanFevral ayının iyirmi altıncı axşamı iyirmi nəfər türk mamasının birinci buraxılışı münasibətilə “Əli Bayramov klubu”nda tərtib verilmiş müsamirədə, haman yeni türk mamaları tərəfindən verilən əhdü peymanlardan hazır olanların heç biri üçün şəkkü şübhə yeri qala bilməzdi ki, bu iyirmi nəfər türk maması canü dil ilə kəndlərə dağılıb, kəndli hamilə arvadlara növ-növ müsibətdən nicat verməkdə olacaqlar.Bununla bərabər axır vaxtlarda bir para şərirlər tərəfindən bir para böhtanlar intişar olunmaqdadır ki, guya bu iyirmi nəfər türk mamasının ancaq üç nəfəri kəndə getməyə hazırdır və qalan on yeddi nəfəri guya şəhərdə qalmağı kəndə getməkdən əlzəm bilirlər; yəni lap açığı: kəndə getmək istəmirlər.
Qatıq ağdırmı, qaradırmı?Türkoloji qurultayından bir ay yarıma qədər keçibdir. Bununla bərabər həmin qurultayın çağırılması və qurultay tərəfindən təsdiq olunmuş yeni türk əlifbası məsələsi türklərin istiqbalı üçün o qədər əhəmiyyətli bir tarixdir ki, bu ay yarımın ərzində ruznamələr bizim həmin milli bayramımızı səmimi qəlbdən alqışlamaqdadırlar.Mən, yəni Molla Nəsrəddin əmi, aşağıda söylədiyim məsələlərə əbədən əl vurmaq istəməzdim və qabaqlarda da əl vurmamışam. Amma bu dəfə ürəyimdə bircə söz var ki, onu da burada söyləmək istəyirəm.
Poems by other poets · Satire
O viladə bir mehriban görmədim,Gəlmişəm indi də mehriban gəzim;
Qaç, at basdı! ("Qaç, oğlan! Qaç, at basdı! millət gəlir!")Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!Ötüşdən çıxan bir cəmaət gəlir!
Təqdir edəlim!Kəlniyət! Gəl yığalım Qafqazın ər-övrətini,Sayalım sevgili millətçilərin himmətini,
Mö’minlərəQibləgahım, dinpənahım, bəxtəvər mö’minlərə,Hərzə, hədyan söylərəm hər ləhzə xor mö’minlərə.