Arzu
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,Etmə nəsib bircə müsəlmanə məktəbi!
Məktəb deyəndə lərzə tutur cismi-zarımı,Bulvar yanında eyləyir əskik güzarımı,Hər gün bu məktəb artıq edir intizarımı.Bundansa... kaş atam qazıyaydı məzarımı.Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,Etmə nəsib bircə müsəlmanə məktəbi!
Gündə gəlib müəllim edir vəzi-moizə,Tülkü, inək, qoyun, keçir axırda ilbizə.Yerdən qurtardı, qoyma ki, dırmaşdı ulduza.Vallah, çərən-pərən, nəyə lazım bular bizə?Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,Etmə nəsib bircə müsəlmanə məktəbi!
Məktəb binasını yekə bulvar tikəydilər,Bir dəstə modalı mənə paltar tikəydilər,Bu qırmızı xəritəni şalvar tikəydilər.Qızlar geyəydi leyk bir az, dar tikəydilər.Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,Etmə nəsib bircə müsəlmanə məktəbi!
Bulvarda vardır işvə ilə nazı qızların,Məktəbdə tappa-tuppu gəlir kürsü, mizlərin,Dəftər-kitaba bax, çıxa tainki gözlərin,Cismin zəif olur, kəsilir tabı dizlərin.Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,Etmə nəsib bircə müsəlmanə məktəbi!
Əzbərləyir kitabı, buraxmaz birin dala,Guya ki, oxşadır bizi zənbilli hambala,Bir az dilin çaşarsa, yazar “iki” jurnala,Şeytan deyir; bu uçteli dur yaxşı tapdala!Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,Etmə nəsib bircə müsəlmanə məktəbi!
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-arzu
Use ← → keys to move, R for a random poem
More by this author
Axşam saat dörd-beş radələri. Məclis. “Üçüncü internasional” mətbəəsində “Kommunist”in iş otağında tərcüməçi stolunun üstündə Şakov və başqa bir neçə nəfər mürəttib kolbasi, xərçəng və sairə düzüb yeyirlər. Müsəhhih stolunun üstündə Süleyman və şagirdləri piti taskabablarını düzmüşlər.*Məmmədəlinin stolunun üstündə Allahverdi bir başqası ilə oturub nərd oynayır. Stol üstündə də bir iki*
Sitarə6 pərdəli opera librettosuİştirak edənlər
ŞahsənəmŞahsənəm4 pərdəli 5 şəkilli opera*
“Əmir Əbülüla”Seşənbə günü, dekabrın 27-sində Dövləti teatroda türk dram aktyorları tərəfindən “Əbülüla” pyesəsi oynandı.Bir neçə pərdənin görnüşü qətiyyən bir Ərəbistan odasını andırmayordı. Ərəbistanın dərin keçmişindən nümunə olaraq divarları kağızla örtülmüş bir odanın görünməsi, bu yaxınlarda Kommunist firqəsində (qəzetində – A.R) bütün təfərrüatı ilə təhlil edib yazdığımız kimi, böyük bir xətadır.
Poems by other poets · Satire
Studentik, mey içib məst olarıq,Hər gecə bir qıza pabəst olarıq,
Yatmısan, Molla əmu, gürcülər içrə hələ sən!Yatmısan, Molla əmu, gürcülər içrə hələ sən!Nə olur ta bu müsəlmanlığa da bir gələsən,
Ata nəsihətiOğlum, atanın çıxma sözündən, kor olarsan,Alverdən uzaqlaşma, inan, dilxor olarsan;
Qız və nənə“Dəbistan”ın əvvəlinci nüsxəsinin 11-ci səhifəsində rus ədibi Pozdnyakovdan tərcümə*Qız nənəsinə deyir: