Saxla yadında
Qardaş! Gözümə sən yenə pəjmürdə göründün,Bəsdir bu qədər qolları zəncirli süründün.
Tez soldu bağın gəlmələrin tapdağı altda,Cənnət qurulub qardaşının bayrağı altda.
Yalvarma, al öz haqqını əzminlə, gücünlə,Zəncirini heçliklərə qır, at çəkicinlə.
Qan qardaşının sözlərini saxla yadında,Qoyma köləlik damğası qalsın öz adında.
İnsan anadan qolları zəncirli doğulmur,Dünyada azadlıq, bəli, qan axmasa olmur!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-saxla-yadinda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Almaniya imperatoru Vilhelm deyir ki ("Möhtərəm iranlılar, sizdən təmənnamız budur")Möhtərəm iranlılar, sizdən təmənnamız budur:Bir də İran hifzini bizdən təmənna etməyin;
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,