Gölcüklə həsbi-hal
Dalğın mavi göz kimi dərd andıran dalğalar,Coşduqca könül coşar, durma, amandır, Gölcük!Çoxdan bəri qəlbimin telləri oynamadı,Dərdim başımdan aşqın, halım yamandır, Gölcük!
Aç qoynunu, uzaqdan gəlmişəm, çox yaslıyam,Eli, yurdu çalınmış bir qərib Qafqaslıyam,Zənn etmə ki, yoxsulam, Kürlüyəm, Arazlıyam,Bakıdan ayrılalı yaxın zamandır, Gölcük!
Dolaşıb Türküstanı, Iranı addım-addım.Qəlbimi oxşayacaq bir beldə bulamadım.Səndəmi əks edəcək bilməm ki, indi yadım,Könül özgə bir aşqa bəlkə düşmandır, Gölcük!
Yolsuz bir aşiq kimi sanma ki, səni buldum,Mən uzaq bir “Göygöl”ün yolunda böylə soldum.Bu doğrudur, bir dostun uğrunda qurban oldum,Bu bizim etdiyimiz əhdi-peymandır, Gölcük!
Eh… hər bir aşinanın, hər bir dostun işi bu,Kimsədə yoxdur günah, dünyanın gedişi bu,Mənim də ilk eşqimin fırtınalı qışı bu,Könlümdə yalnız qalan kəskin imandır, Gölcük!..
Kitabxana.az · https://kitabxana.az/en/works/ildirim-golcukle-hesbi-hal
Use ← → keys to move, R for a random poem
More by this author
Orda Orta Zamanın vəhşətindən yadigar,Qaranlıqlar içində qurulmuş bir “Cənnət” var.
BuludlarLermontovdan iqtibas*Ey lacivərd göylərin əbədi yolçuları,
Boğulmayan bir səsDağıstandan annəmə məktub*Deyirlər mənə ki, genə hər axşam,
Böyük şəhidimizəMünir Kari üçün*Özün bir nur ikən “qanlı ulduzun”