Orda Orta Zamanın vəhşətindən yadigar,Qaranlıqlar içində qurulmuş bir “Cənnət” var.Bir cənnət ki, özəyi qanlı bir KremlinMilyonla qafa udmuş təməlində yüksəlir.Ruh alıb Dəli Petro və bir müdhiş Ivandan,Dünyanı yıxıb yaxmaq əməlində yüksəlir…Kremlin, onu sorun tarixin yaprağına,O ölüm qalasının nasıl qurulduğunuNeçə milyonun qanı çilənmiş toprağına,Neçə milyon günahsız başın vurulduğunu.Kremlin, o əskidən bəri zülmün qaynağı,Kremlin, hürriyyətin qəbrini qazan qala,Kremlin, o indi də qırmızılar oynağı,Neronların Roması yanında heçdir belə…Orda qurmuş yuvanı ciftə başlı qartallar,Orda vəhşi çarların taği – zəfərləri var.Orda hürr ölkələri saran zəncirin ucu,Orda qanlı prinslər və knyazların gücü,Orda Kutuzovların, Nevskilərin yadı,Orda Suvorovların, Donskoyların adı.Qanlı dəhlizlərində canlanır Kuzma Minin,Divarlarda kölgəsi titrər Kropatkinin.Orda Dəli Petronun hirsi var, əməli var,Orda sosialistlərin ruslaşan təməli var.Kremlin, o çarlığın qanlı taxtına yuva,Kremlin, o bu gün də xırçınlaşan Moskva…Yox orda hürriyyətin gözlə görünən əksi,Bəlkə var da, boğulmuş sulu zindanda səsi.Orda qan ləkəsidir torpaqda qalan izlər,Orta çağın canlısı ölüm qoxan dəhlizlər.Orda qorxunc gecələr, qanlı sabahlar orda,Cəsədlərlə dənizə gömülən ahlar orda.Orda ani verilən məhkəməsiz fərmanlarOrda qurşun başların ağrısını dərmanlar,Orda zəncir səsindən çınlayan ovalar var.Yayılır ənginlərə orda qırbac səsləri,Yollarda sürgünlərin tükənən nəfəsləri.Orda ölüm kampları ac milyonları bəklər,Gecələr növbətçisi qan içici köpəklər.Orda qonar qarğalar hər gün minlərcə leşə,Bir ölüm dünyasıdır, Sibirya başdan-başa…Sibirya… O bir məzar hər sürülən yığına,Tanrı belə peşmandır onu yaratdığına.Sibirya, o üzləri donla kavuran buçaq,Atəşli könülləri buzla yaxan bir qucaq.Ruzgarı ölüm qoxar, günəşi dondurucu,Uzandıqca uzanır, nə sonu var, nə ucu.Atılanlar qoynuna “sakitləşir”, “uslanır”Orda zehinlər durur, orda fikir paslanır.Yalnız qollar çalışır, kəskinləşir dırnaqlar,Buz bağlamış torpağı qazıb, eşir dırnaqlar,Orda bir təsəllidir gözlərdə gizlənən nəm,Alovlu bir cənnətlə iştə buzlu cəhənnəm.Buzlu cəhənnəm, o dün bir çarlığın təməli,Buzlu cəhənnəm, bu gün bir varlığın təməli.Varlıq ki, içdiyi qan, yediyi də canlı ət,Sümüklərin üstündə yüksəlir qızıl cənnət…Dün orda sakin, yaşıl bir Krım vardı nərdə?Nerdə qoca Qafqasın bağrında Çeçen yurdu?Onlar dəva ararkən düşdükləri o dərdə,Fəqət azğın Moskva qudurduqca qudurdu.Bir əmr, əvət, yalnız kəskin bir əmr… “Baş”dan,Bir baş ki, vücud etsə, qəlbi, ciyəri daşdan.Bir əmr… Krım, Çeçen, Sibiryaya… Bu qadar!Yüz illərlə o yerdə məskən quran yuvalar.Sovruldu yol üstünə bir ovuc torpaq kimi,Çoluq-çocuq, gəlin, qız – quru bir yarpaq kimiSəpildi Sibiryanın o soyuq sinəsinə,Səs verdi qırbac səsi ac qurdların səsinə…Ermək üçün “Zorba şef” qıpqızıl əməlinə,Milyon daha gömürlü “cənnətin” təməlinə.Söylə, hansı tarixdə, hansı dövrdə, nerdə,Görülmüş milyonları aşan sürgün sürüsü?Hansı qələm tərcüman olmuş bu qanlı dərdə,Yemyamların içində varmı böylə birisi?LƏNƏT! HÜRR BIR ALƏMDƏ INSAN HÜRRIYƏTINƏ,MƏLUN BIR QÜVVƏT KIMI ZƏNCIR VURANA LƏNƏT!!!Qapılıb bir zümrənin zor güdən niyyətinə,Müqəddəs diləklərə qarşı durana lənət!!!Əsrlərin içində iyirmincisidir bu,Çəkilirmi çarmıxa hür bir dilək, hür duyğu?Bir “cənnət” ki, saçdığı ölüm, verdiyi qayğı,Rəngi şəfəqdir, guya, saçdığı qana lənət!!Yox, yox, bu yol deyildir həyata dad verəcək,Insan hürriyyətinə ruh və qanad verəcək.Bir “cənnət” ki, zülmətin pərdəsini hörəcək,Onu qaranlıqlarda öylə qurana lənət!!Versəydi Tanrım mənə keçmişdən bir anımı,Yaxaraq bir məşələ, qurardım bir hür ocaq,Götürüb insanlıqdan ruh alan fərmanımıSalardım dörd bir yana, şənlənərdi hər bucaq…Qazardım könüllərdə yalnız bir tək ideal:“Insanlara hürriyyət, millətlərə istiqlal!”Hardasan, ey xilaskar Bozqurdum, çıx yoluma,Hardasan, ey Teymurun qüdrəti, gəl qoluma,Şimşəklər kimi bir an mən çaxmaq istiyorum.Hürr bir dünya, hürr bir din, hürr bir Tanrı, hürr bir yol,Hürr bir həyat, hürr vicdan, hürr bir qafa, hürr bir qol,Hürr bir şeir, hürr bir eşq, hürr bir məskən, hürr əmək.Insan oğlunun əsil hürr cənnəti bu demək!Indi, böylə bir aləm, böylə bir dünya deyə,Hər kirli bir bucağa, bir su kimi axmalı.Küllərini ruzgara vermək üçün hədiyyəHürr insanlıq uğrunda Kremli yaxmalı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets