Aynur
Tərlan¹ ürəyində həyəcan duyurYuxusuz qalıbdı Qaxda bir ana.Aynur “şah!”-söyləyib meydan oxuyur,Belçika mat olurAzərbaycana.
Açsın qucağını vətən torpağı,nəğməm ləpələnsin Kürün səsində.Şərqin çadrası yox, Aynur bayrağı,qalxır Avropanın tən mərkəzində.
Yeridi mehriban, dayandı məğrur,Gül tutan əlləri əllər içində.Öz ətrin güllərdən təzədi Aynur,Gül kimi açmışdın güllər içində.
Burda cəbhə yarıb təmiz ad qoyurmənim millətimin bu sadə qızı.Kral öllkəsində şahı mat qoyurşahsız bir ölkənin şahzadə qızı.
Brüssel, 1983
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-aynur
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Nə yatmısan, dur, ey saqi, ki, yay misli bahar oldu,Bulut od yağdırır dünyayə, aləm tarü mar oldu,
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
SəndədirGetmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
GörəydimGərdiş hərlənəydi, çarx dolanaydı,Gedib bir də yar ovlağı görəydim.