Görəydim
Gərdiş hərlənəydi, çarx dolanaydı,Gedib bir də yar ovlağı görəydim.Car olur hər yana dağlar köksündən,Kövsər kimi var bulağı, görəydim.
Bir yanda dolana türfə gözəllər,Dəstə tutub, car tərəfi gəzələr,Ağ buxaqa lalə, nərgiz düzələr,Seyr edələr solu, sağı, görəydim.
Yetişəydi gül-çiçəklər zamanı,Gələydi şikara gözəllər xanı.Ətri-gül vuraydı hərdən insanı,Məskən qılıb, o yaylağı görəydim.
Macal verə əcəl, gün gəlib yetə,Baş verə şaqayıq, yasəmən bitə.Şövqə gəlib, bağda əndəlib ötə,İman deyər, bu damağı görəydim.
Kitabxana.az · https://kitabxana.az/en/works/novres-iman-goreydim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Hər tərəf nəşədar, hər yer şən...Yenə hər şeydə bir təravət var.
Təcnisi-digərÇıxıb gül fəslində seyrə nigarım,Sənalar eylərəm baharü yayə.
Bir nigari-novbaharın gül camalın istərəmBir nigari-novbaharın gül camalın istərəm,Lölöyi-tər tək camalı üzrə xalın istərəm,
Cəfərqulu xanın vəfatı münasibətilə təziyənaməƏfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.