Bu dünyada əqdəm olan,Təkdi bir Allah əzəl.Öz nurundan xəlq eyləyib,Ol Rəsulullah əzəl.Şiri-davər ismi olduBir vəliyullah əzəl.Ərşə, kürşə bais oldu,Onların nuru, qələm.Əşədənnə la ilahə,Yazdı, illəllah əzəl.

Adəm getdi, Şeys gəldi,Nuh gəldi dünyaya həm;Cəfa çəkdi haqq yolunda,O çalışdı müstəkəm;Gah yalvardı, gah nəsihətSöyləyirdi dəmadəm.Haqqı dandı, yolu azdı,Millət üz döndərdi cəm;Qopdu tufan, etdi nidaOl Nəbiyullah əzəl.

Musa düşdü dəryalara,Fironu qərq eylədi;İsa gəlib çıxdı dardan,Xalqa dəlil söylədi.Xəlilullah haqq eviniYapmağa bir boyladı;Nəmrud atdı od içinə,Qeyzinən alovladı;Eşitdi bərdən salamı,Söndü narullah əzəl.

Bu dünyanın yox vəfası,Qalmayıb Süleymana;Xeyli müddət ömür sürdü,Hökm qıldı hər yana;O da getdi, necə oldu,Döndü çarxı-zamana.Daşdan gəldi ZülfüqarnanDüldül Şahi-Mərdana;Əntər kimi pəhləvanıBöldü seyfullah əzəl.

Xətmi-mürsəl əşrəf olduKülli-aləm bildi düz,Dinimizə rəvnəq verənDoğru kalamdı hənuz.Qafil olma, bu fənadaNə gəlsə cəfaya döz.Novrəs İman, qəm eyləmə,Etiqadın qıl təmiz;Qorxma o gündən hərarətinVerər şəmsullah əzəl.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets