"Ye" – yarandı nuri-ƏhmədDərdə dərman ibtida.İbni-əmmi-MustafadırŞiri-yəzdan ibtida."Lam – əlifla" lailahaİlləllah laşərik."Vav" – vilayət şahı olduŞahi-Mərdan ibtida.

"He" – hərasim yoxdu dildəBilsə haqqın kəlamın."Nun" – nidasın, "mim" – MəhəmmədAldı qüdrət ilhamın."Lam" – lal olsun istəməyən,Tapmasın dərd əncamın!"Kaf" – kəramət dərgahınaMənəm qurban ibtida.

"Qaf" – qiyamət əzabındanTitrər canım sərbəsər."Fe" – fədasın KərbəlanınŞahı ağlar, qul gəzər."Ğeyn" – qəffar rəzmkardı,Ver salavat hər səhər."Ayın" – adil padişahdıQurub mizan ibtida.

"Za" – zalımlar qatilisən,İlla əmri-Əntərin."Ta" – talibən xidmətindəAçam sinəm dəftərin."Zad" – zəmirin nuri-pakdı,Həm dayazdı, həm dərin."Sad" – səbri yox, dərdim olub,Bəhrü ümman ibtida.

"Şin" – şamdan sübhə kimi"Sin" – səvalım yaddadı."Ze" – zavala getməz ömrüm,Ah ilə fəryaddadı."Re" – rəvadır yandırarlar,Yazıq canım oddadı;"Zal" – zəlilin rəhbərisən,Eylə dərman ibtida.

"Dal" – dava qıl dərdimizə,Ey əmiri-lafəta!"Xe" – xudadan nazil oldu,Şanındadı hələta."He" – halıyam cəhənnəmdəm,Qorxuram qeyzin ata;"Cim" – cavabın verəmməyən,Çoxdu üsyan ibtida.

"Se" – sabitdi neçə əncüm,Neçədi səyyarələr?"Te" – təbarək, təyin etdi,Gəldi Xurşidü Qəmər."Be" – bir Allaha əyandıCümlə olan sirrlər;"Əlif" – onu zikr eyləyirDildə İman ibtida.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets