Ol mahi-şəbanın iyirmi beşində,Aləmi-röyada bir halət gördüm.Qiblə tərəfindən bir bərq lameYayıldı cahana, əlamət gördüm.

Havalar olmuşdu noi rəngbərəng,Buludlar bir-birə etmişdi dirəng,Zülmət içrə aləm olmuşdu bir səng,Tamamən müşriki xəcalət gördüm.

Hava tirə döndü, aləm tutdu şur,Sandım ki, qiyamət eyləyib zühur,Dünya qaranlıqda manəndi-qübur,Yerişir məxluqat, zəlalət gördüm...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets