Görmədim
Bəşər tarixini mən vərəqlədim,Əzəldən axıra gülən görmədim.Hər kimə "can" dedim, canımdan keçdim,Qədir-qiymətimi bilən görmədim.
Yediyim, içdiyim zəhrimar oldu,Yerim isinmədi, şaxta, qar oldu.Sındı balü pərim, tərimar oldu,Qolumdan tutmağla gələn görmədim.
Çoxları varlandı, qurquya doldu,Qiyam yaddan çıxdı, sorğu yad oldu.Yalan qiyamətləndi, doğru bad oldu,İmanam, qüssəsiz ölən görmədim.
Kitabxana.az · https://kitabxana.az/en/works/novres-iman-gormedim
Use ← → keys to move, R for a random poem