Ağ mərmərdi, ağappaq,təptəzə, qar kimi ağ,nazik cuna kimi ağ!Üstündə əl işləri:qırmızı,yaşıl,qara.Güllər zərifliyiləköçürülüb divara, –təbiətdən birbaşa,təkcə ətrindən başqa.Baxırsan xeyli gendən:divarda bir dalğa var,əl vurursan-hamardı,divar elə divardı.Lalələrin saplağıDivar üstə damardı.O divar da hamardı.Övladıdır bu əsərən müqəddəs bir hissin.Tac kimi qoyulubduüstə yer kürəmizin.Burda xatırlayıram,ən qədim rəvayəti, –qadınına həsr edib,hökmdar bu sənəti.Ölən şan-şöhrətdir,yaşayan məhəbbəti.Gör gəlib harda gördümgücünü etibarın.Özünə yox,qəlbinəbaş əydim hökmdarın.

Aqra

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets