Mahi-məhərrəm oldu yenə göylər ağladı,Düşdü cahäne qülqülə aləmlər ağladı.

Gəldi mehi-müsibetü eyyami-təziyə,Bu matəmezayə görün kimler ağladı.

Şahi-rüsül, əmiri-ərəb, xətmi-ənbiya,Əmmaməsin alıb ələ peyğəmbər ağladı.

Döndü xəzanə gülşəni Zəhrayi-əthərin,Dəşti-Nəcəfdə sərvəri-din Heydər ağladı.

Qətli-Hüseynə eylədi iqdam Şümri-dun,Amma əlində rəhmə gəlib xəncər ağladı.

Başın alıb diz üstə kəfensiz verəndə can,Xeyrənnisə başında qara möcər ağladı.

öəli-cəfa ilə qolu bağlandı Zeynəbin,Gördü bu halı şurə gəlib ləşkər ağladı.

Çəkdi Səkinə ahi-cigər suzi-sinədən,Meydan içində nəşi-Əli Əkbər ağladı.

Oldu ərus ləşkəri-küffarə dəstgir,Torpaqlar üstə Qasimi-gülpeykər ağladı.

Gülsum olanda zillətilə nəqayə süvar,Əbbasi-namdar vəfapərvər ağladı.

Qumri, bu qisseyi-ələməfzanı qıl tamam,Əldə qələm şərarə tutub, dəftər ağladı.

Random poem

More by this author

Poems by other poets