Xeyr, hörüklərin deyildir ilan,O əski şairlər söyləmiş yalan,Məni xəyal kimi ayağa salanO coşqun dalğalı telin işidir.

Bunu yaxşı bilir tanış yolçular,Nə sən günahkarsan, nə mən günahkar.Bu ovçu könlümə verməyə qərar,O zərif qamətin, belin işidir.

Müşfiqəm, sözümdə tapılmaz yalan,Gözündür könlümü odlara salan,Qəlbimi ovlayıb, canımı alan,O bülbül nəğməli dilin işidir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets