Su və külək
Zaman gələrTorpaq bizdənƏsirgəyər petrolunu.Fəqət möhkəm bolşeviklərMübarizə sahəsindəYadırğamaz rolunu.Yer üzündə sular var,Sularda dalğalar var,Dalğalarda ruzgar var,Həpsi- bizim qüvvətimiz...Biz suları, küləkləriFəth edəriz.Külək- qüvvət,Su- qüvvət,Nə genişdir təbiət.Bu il məchul iqlimlərə yelkən açanGedişlərin bayramı.Fil xortumlu maşınların,Xortumları altındakıQart dişlərin bayramı.Başımızın üzərindəHızla əsənQayalar var.Ayağımız altında ilan-ilanQıvrılançaylar var.
Həp bunlarla genişlərDünyamızın çərçivəsi,Bu çayların hər dalğasıBir sarsılmaz at qüvvəsi.
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-su-ve-kulek
Use ← → keys to move, R for a random poem
More by this author
İndi biz cahanla çıxmışıq yarışa,Qoy etsin el-aləm bizləri tamaşa.
ÇarxlarımNə qollar yada salsın ənginlərin quşunu,Nə əllər, nə ayaqlar həyatın yoxuşunu
ÇağlayanSən uca bir dağın göy gözlərindənSevincdən tökülən gur yaşlar kimi –
Çadralı qızlarımızaSizə indi diyorlar: – Çıxınız bu örtüdən,Qovunuz üzünüzdən bu məlun buludları.
Poems by other poets
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Elə oğul istəyir vətənGecədən xeyli keçmişHələ qurtarmamış mübahisəmiz.
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,