Yaşasın məmləkətin tunc oğlu,İldırımlar kimi qorxunc oğlu.Yaşasın daş kimi muskullarımız,Yaşasın tökmə, dəmir qollarımız.Canımız top kimi sağlam, qıvraq,Qanımız pənbə şəfəqdən parlaq.Fikrimiz cilvəli, aydın bir su,Hissimiz nəşəli bir yaz doğuşu.Bir qızıl quş kimidir bizdə xəyal,Devrilir dağlar, açarkən şahbal.Sayımız ölkədə milyon-milyon,Köksümüz sankı balon.Qoy utansın gecələr şəbpərəsi.Sıxılan yumruğumuz yer kürəsi...Nəyə lazım sarılıq, solğunluq,Bizdə var qırmızılıq, dolğunluq...Tökmə bir şey kimi sıxdır aramız,Göydə dirjabilə bənzər sıramız.Gəziriz, oynayırız asuda,Göydə, topaqda, dərin mavi suda.Gördü ceyran bizi atlandıqda,Durna mat qaldı qanatlandıqda.Projektor kimi parlar gözümüz,Keçər hər cəbhədə daşdan sözümüz.Xəstəlik qoxmaya bilməz bizdən,Yaşasın güclü bədən!Biz iradəylə doğan bir axınız,İczə düşmən, gücə qəlbdən yaxınız.Bizdədir sinfi şüurun əsli,Adımızdır yeni insan nəsli.Yerə düşməz atılan futbolumuz,Bir sinif cəbhəsidir son yolumuz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets