Xal düşübdü yamac-yala,Qar gedir, yaz vədəsidi.Sevənlərə xəbər olar,Gözəl avaz vədəsidi.

Nə gözəldi dağın döşü,Danaqıran, mollabaşı,Deyir, yola saldıq qışı,Qızların naz vədəsidi.

Heydər, əsir dağın yeli,İş-gücə tərpədir eli,Çayın, gülün, suyun, selin,Ördəklə qaz vədəsidi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets