Yaralama
Durma, macdan yaxşı yapış,Xərək qoyub qaralama.Ək ürəklə, həvəsiynən,Gəl torpağı yaralama.
Haqosa bax, diqqət elə,İşlə, çalış, gülə-gülə,Bu obadan sən naz ilə,Gəl özünü aralama.
Niyə oldu halın xarab?Peşən olsun özünə bab.Heydər deyər başqa iş tap,Yeri-yurdu qaralama.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-heyder-yaralama
Use ← → keys to move, R for a random poem