Son
Bu yeni il StalinqradZavodlarında çıxan,Ukrayna çöllərini,Özbəkistan, Azərbaycan milləriniHərəkətə gətirənPambıq, taxıl yetirənTraktorlar bayramı.Div motorlar bayramı.Bu yeni ilBizə həyat,Bizə yeni bir kainatBizə qat-qatƏzm-səbatGətirən il.Bu il bizdən əvvəlkiKöhnə sərxoş il deyil.Bu yeni il xaricdəki düşmənlərinŞaşdığı gün.Proletar qüvvəsininAşıb-aşıb daşdığı gün.Bu yeni il insanları dəyişən il,Bu yeni il ictimai cəmiyyətçin döyüşən il.Bu yeni ildünyamızı çevirməkçinBir istinad noqtası.Bu illərin əlindədirKapitalizmin noxtası.
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-son
Use ← → keys to move, R for a random poem
More by this author
Mən ki bilməz idim nədir məhəbbət,Bu sirri sən mənə anlatmadınmı?
Mənim çağlayanımO gündən bəridir dəyişmiş rəngin,Dəyişmiş büsbütün rəngin, ahəngin.
Mənim eşqimNə ağırdır mənim eşqim, nə ağır,Bu ağır siqləti çəkməz divlər.
Mənim dostumZuvanddan gəldiyi bir ay olardı...(Onun bir dumanlı keçmişi vardı).
Poems by other poets
Əyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
Necə ömür eylər insanlar...Hamı laqeyd olub daş tək, hamı biganəyə dönmüş,Ürəklər bum-buz olmuş boş, soyuq bir xanəyə dönmüş.
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
Səhrada tək qamışHanı o, odlu ürək?O, yana kövrək-kövrək