Nə qollar yada salsın ənginlərin quşunu,Nə əllər, nə ayaqlar həyatın yoxuşunuÇıxamazdı bu çapqınÇarxlar bulunmasaydı,Makinaya əskidənRəğbət olunmasaydı.Bunlarsız aşmaq olmaz qısıq dar gədikləri,Nalqıran yoxuşları, sıldırımlı dikləri.Fırlandıqca tel kimiGörünən çarxım, dolan!Qıvrılıb bir sel kimiGərinən çarxım, dolan!Biz sizin sayənizdə şahiqələr atladıq,Cahanın qafasında bomba kimi partladıq,Bəklənən saatlarıDoladıq əlimizə,Hakim olduq nəhayətYerə, göyə, dənizə.İşçilər dəzgahının dururkən baş ucunda,Dəzgahının nəbzini yoxlarkən ovucunda.Səbirsizliklə beləQıvrılan sizmisiniz?!Şəffaf küləklər kimiBurulan sizmisiniz?!Daş kömür, nöyüt-flan, təmamən bitmiş buraq,Burax, əsirgəsin də bizdən bunları topraq.Mən səni canlatmağaYeni yollar bulurum,Yeni oynaq qanadlar,Yeni qollar bulurum.Güc, qüvvət toplayırkən ləpələr ləpələrdən,Doğrulub dərələrdən, atlayıb təpələrdənHalınıza yanaraq,Sizi cansız buraxmam.Bir an, bir qırpım beləHəyəcansız buraxmam.Bax, sizin sayənizdə ucalmaqda məmləkət,Zavoddakı traktor, torpaqdakı bərəkət.Siz yerləri, göyləriDolaşan çarxmısınız?!Düşmənlə hər addımdaDalaşan çarxmısınız?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets