-BAŞLANĞIC**Dostlar, gəlin sizə mən bir həyatdan,Başqa bir aləmdən, bir kainatdanAçım bir maraqlı, həqiqi səhnə.Endir, ey xəyalım, ey fikrim, yenəÖzünü həyatın dənizlərinə!Ordan dəyərli bir sədəf yerinəƏlinə keçsə də bir çınqıl daşı, –Sevindirmək üçün yarı, yoldaşı, –Bu da bir əməkdir, bu da bir işdir,Tarix ki, duz-çörək itirməmişdir.Döyün, ey ürəyim, döyün dəmbədəm!Alovlan, ey kağız, alış, ey qələm!-I**Yirmi üçüncü il, mayis günləri…Göylərin yosması o gözəl pəriOdlu baxışlarla axır, süzülür,Axşamkı ayazın canı üzülür.Olduqca nəşəli bir incə gündüz,Sabir bağçasında bir neçə öksüz…Yayılmış aləmə Qayanın səsi.Nə qədər şirindir bu el nəğməsi!-Q a y a**Gözəl səhər, gözəl hava,Zalım ovçu çıxdı ova.Ceyranımı qova-qova,Atdı vurdu, qan eylədi,Çatdı vurdu, qan eylədi.Ceyranımın gözü şəhla,Onsuz keçər günüm ahla.Zalım ovçu min günahlaVurdu ürkək ceyranımı,Ruhu ipək ceyranımı.Ay pusquda yatan ovçu,Yaman güllə atan ovçu,Əli qana batan ovçu,Artıq yetər, qan eyləmə,Bu qədər tufan eyləmə!O xalq müəllimi, qoca qəhrəman,Keçərkən bağçadan daldı bu səsə.O bilik mədəni, o böyük insanDaldı düşüncəyə, qapıldı hissə.Oturdu ən yaxın bir iskəmləyə,Onlara bir dərin həsrətlə baxdı."Sonu nə olacaq bunların?" – deyə,Həsrətlə, diqqətlə, heyrətlə baxdı.Qaya oxuyurdu, Mişka çalırdı,Biri oynayırdı şirin "Qaytağı".Müəllim bir acı ləzzət alırdı,Nədənsə tutqundu qaşı-qabağı.O, bir heykəl kimi durmuş yerində,Keçirir gözündən qorxunc şəkillər.Sonsuz fəlakətin dənizlərindəBu əl-ayaq çalan kiçik səfillər,Sən ey çocuqluğun şanlı rəhbəri,Yoxsa var bunlara sualın sənin?Qarşında çırpınan bu tifilləriHaraya çəkməkdir xəyalın sənin?Hankı bir həvəslə ey bilik əri,Bunlara könlünü verməyə gəldin?Bu başsız, bu sınıq təknəcikləriHankı bir sahilə sürməyə gəldin?..Bayaqdan oynayan, qışqıran, çalan,Çılğın nəğmələri göyə ucalan,Bu dəstə tərpənib qalxdı yerindən,Müəllim onları süzdü dərindən.-M ü ə l l i m**Bala, o şərqini söylə, mən yazım.Rica eyləyirəm.-Q a y a**Rica nə lazım?(Yoldaşlarına)Uşaqlar, siz gedin, mənim işim var.Lakin son yeriniz olmalı bulvar!(Qaya bir-bir dedi, yazdı müəllim.)-M ü ə l l i m**Başqa bir nəğmən də varmı?-Q a y a**Nə bilim…-M ü ə l l i m**Yaxşı o nəğmə də qalsın sonrayaSənə bir sualım vardır, ay Qaya!Atadan, anadan söylə nəyin var?-Q a y a**Çoxdan gömülmüşdür torpağa onlar,Üzlərini belə görməmişəm mən.-M ü ə l l i m**Harda yaşayırsan, nə iş görursən?-Q a y a**Bir az yaxşı deyil işimin adı,Bir cür keçirirəm mən də həyatı.-M ü ə l l i m**Məktəbə getməyə həvəsin varmı?-Q a y a**Ay əmi, heç onu soruşarlarmı?Bax, mənim məktəbim bu küçələrdir.Aldığım təlimsə sizə zərərdir!Mənim teatroya çox marağım var!Böyük çarpışmalar, qızğın davalarİnsan sürdüyü ömrü andırır,Adamın qanını alovlandırır.Yenə keçən gecə "Iblis"ə getdim,Bilsən nələr gördüm, nələr eşitdim!Orda bəyəndiyim bir yaxşı söz var:"Biz dağlara hökm edən krallar".Mən kiməm? Küçələr kralı Qaya.Aşiqəm kinoya, həm teatroya.-M ü ə l l i m**Səni teatro qəmləndirirmi?-Q a y a**Mənim bu ürəyim daşmı, dəmirmi?Mən də bir insanam, qəlbim, qanım var.Vücudumda sel-sel həyəcanım var.Bir gün yolum yenə düşdü "Aydın"a,Bir kimsə qalmamış onun qaydına.Məni doğrudan da ağlatdı Aydın,Sən də dayanmazdın, orda olaydın.Eh… Aydın dəlidir, o lap uşaqdır,İşi gecə-gündüz sızıldamaqdır.Tökür acığını makinələrə!Sıxıb yumruğunu vuruş bir kərə!Onun qapıldığı boş-boş xəyaldır,Məncə, Dövlət bəyin qanı halaldır.Əkşi, qurban olum bolşeviklərə!Onların ipini eşdi bir kərə.-M ü ə l l i m**Sən ki bu şeyləri bilirsən, niyəBir son qoymayırsan bu səfilliyə?-Q a y a**Mən öz ürəyimi sıxa bilmirəm,Bir tordur düşmuşəm, çıxa bilmirəm.Bir də yoldaşlarım, yaranlarım var,Onlarla əhdim var, peymanlarım var.Bilirəm bu yolun sonu qazıqdır,Bu yol yolçuları hamsı yazıqdır.Nəysə, bir şey bizi yeyir qurd kimi,Ömrümüz tez keçən bir bulud kimi.Bu yolun sonu bir qorxunc enişdir,Bu da bir həyatdır, bu da bir işdir.-M ü ə l l i m**Heç savadın varmı?-Q a y a**Bir azacıq var.Qoymadı artırım bizim bu dostlar.Bir gun bu Kommunist küçəsində bizGördük dövrəmizdə iki-üç milis,Surüylə qabağa saldılar bizi;Çocuqlar evinə aldılar bizi.Bilirsən, insanlar başqa-başqadır;Ordan öncə qaçan bizim Mişkadır.Bu aləm olmuşdu bizlərə zindan,Bir neçə yoldaşım qaçdı sonradan.Mən qaldım iki il, oxudum bir az,Deməklə hamsını qurtarmaq olmaz;Sonra yoldaşları böylə görüncə,Əkildim oradan mən də bir gecə.-M ü ə l l i m**Ay oğul aləmə yaxşı nəzər qıl,Sən gəl bu dəstədən biryolluq ayrıl!Onların gözünə görünmə bir də.-Q a y a**(düşünərək)Bir gün çürüyəcək ömrüm Sibirdə.Bilirəm bu həyat, bilirəm nədir,Bir qanlı meydandır, acı səhnədir.-M ü ə l l i m**Bilirsən, uzaq ol, axırın heçdir.Topla iradəni, sanma ki, gecdir.Bax, mən müəlliməm, dinləsən məni,Aparıb qoyaram məktəbə səni.Bu çirkin işlərə bir son qoyarsan,Orda həm işlərsən, həm oxuyarsan.-Q a y a**Qoy bir fikirləşim.-M ü ə l l i m**Yaxşı, fikirləş.Ancaq yaxşı düşün, yaxşı fikirləş!Adresim də budur… bizə gəl sabah.Açarkən mən sənə bir yeni şəhrah,Böyük insanlara qarışacaqsan,Onlarla həyatda yarışacaqsan.Qızğın səfalətin çoraq çölləri,Dalğa-dalğa axan bu selləri.Çox çəkib özünə məhv eyləmişdir,Həyatda çoxları səhv eyləmişdir.Xəta əl verməmiş bu insanlığa,Sürükləmiş onu pərişanlığa.Oğul, al əlinə ixtiyarını,Bu müdhiş aləmin kabuslarınıƏlinlə, ağlınla sil gözlərindən,Həyatı düşünüb anla dərindən.Sabah gəl mənimlə gedək bərabər,Qaranlıq yoluna doğsun günəşlər.-II**Müəllim gözlədi, Qaya gəlmədi.Deyən faydasını yenə bilmədi.Müəllim gözlədi, kim bilir, QayaQapılmış hankı bir qara sevdaya.Nə qədər gözləsin müəllim yazıq?Edir gövdəsinə qəlbi ağırlıq.Müəllim gözlədi, bir ay gözlədi,Qayanın özündən haray gözlədi,Dil-dil ötən Qaya, düşünən QayaDeyən müəllimi almadı saya.Müəllim keçdiyi yollara baxır,Qayanın həsrəti könlünü yaxır.O, on beş yaşında nələr bilməyir?O hansı sahədən xəbər bilməyir.Bilir işlədiyi xətasını da,Bilir bu dünyanın mənasını da.Ovlamış Qayanı böyük oğrular,Böyük oğrulara olmuş əlaltı.Yaxşı gəliri var, yaxşı pulu var.Pul içində üzür onun həyatı.Şəhərin ən dərin bir bucağındaYaşayır bu kiçik səfil bəxtəvər.Onu bir mum kimi tifil çağındaKeçirmiş əlinə pərgar həriflər,Onun ürəyində bir ikilik var,Qəlbi qüssələnir bu ikilikdən.Bilir bu aləmə tanış olanlar,Onun iradəsi sərtdir bu çəlikdən.Bir dəfə özünə desəydi: "Əl çək!"Bilirəm, bu yola düşməzdi bir də.Gülərdi üzünə böyük gələcək,Dərdini çəkməzdi onun şair də.Yeni insanlardan uzaqdır Qaya.Gündüz "iş"dən çıxıb, uzun gecələrGedərkən kinoya, ya teatroya,Evə qayıtdımı, nə bilməcələr,Nə hisslər almayır onun ruhunu?..Gördüyü səhnələr, şəkillər həmənŞanlı bir aləmə çağırır onu.Deyir öz-özünə: "Nə alçağam mən!"-III**Qayanın böylə bir keçmişi vardı:Xızı dağlarında onlar yaşardı.Deyirlər, atası kənddə çobanmış,Nədənsə hirsindən bədəni yanmış.Sürüdən üç qoyun satmış bir dəfə,Yoldaşlı dağlarda dalmışdır kefə,Bu işdən ağası xəbər tutunca,Üzünü, gözünü çox turşudunca,"Haqqımı satmışam" – deyə köpürmüş.Ağası ondakı üsyanı görmüş,Ordaca bir güllə çaxmış başına,Qıymış bu dağların can yoldaşına.Qaya gəlməmişdi onda dünyaya,Buludlar qoynunda bənzərdi aya.Köməksiz anası tökərdi qan-yaş.Bir sabah ruhunda duydu bir təlaş:Qaya bir dürr kimi doğdu dənizdən,Bir yardım görmədi keçmişimizdənKimsə anasına əl uzatmadı,Fəryada yetmədi, dada çatmadı.Qaldı qapılarda qadın, ağladı.Axırda ürəyi vərəm bağladı.Zavallı körpəsi əllərdə qaldı,Itkin maral kimi çöllərdə qaldı.Bu həyat Qayanın ilk həyatıdır,Bu səfil insanın ilk həyatıdır.-IV**Tufanlı bir gecə, qarlı bir gecə,Toplanmış bir evə yenə gizlicəMehriban səfillər, kefləri çağdır,Kart masa üstundə daraq-daraqdır.-Q a y a**Ürəyim sıxılır, uşaqlar, artıqGəlin yığışdıraq, bəsdir oynadıq,Burdanca bərabər gedək kinoya.-M i ş k a**Zəhləmizi tökmə, bəsdir, ay Qaya!-Q a y a**Teatro necədir?-M i ş k a**O, bundan da pis.Görürsən qızışıb yenicə məclis!-P o l a d**Pul çıxar!-M i ş k a**Ver bangi!-P o l a d**Pul çıxar. Birdən qızışma!-M i ş k a**Deyirəm sənə, ver!(Mişka uduzmuş,Boğazı qurumuş, dili qurumuş,Çıxmışdır gözləri hədəqəsindən.)-P o l a d**Qızışma, bu adam qorxurmu səndən?Şaraq… Guruldadı bir acı sillə.Düşdü məclisə bir dərin vəlvələ,Şaraq… bir mis səsi çınladı yenə.Dostlar bir-birinin düşdü üstünə,Parladı bıçaqlar, zağlı finkələr;"Aman, zalım!" – deyə düşdü bir nəfər.Bu vuruşanları aralayandı,Bıçaq sinəsinə heçdən dayandı.Indi məclisdə bir dərin hüzün var,Fəqət sanmayınız barışacaqlar.Bunların acığı göylərə sığmaz.Polad da quşbazdır, Mişka da quşbaz.Ağlama, dərdini çəkdiyim Qaya.Nə çıxar boş yerə bu ağlamaqdan?Bir pərdə çəkməsən sən bu dünyaya,Oda düşəcəksən bir gün nahaqdan.Səni də gözləyir belə bir bıçaq,Səni də gözləyir bir qəmli dəstə.Alacaq səni də bu qara torpaq,Həyata doymadan sinəsi üstə.Sizin ki, daim gülsəniz belə,Bir matəm süzülür sevincinizdən.Sizi ki, bir ölüm iztirabiləBir qurd gəmirmədə öz içinizdən.Ölümlə qurtaran bu gecəsindən,Bu səfil həyatın nəticəsindənİyrənib evinə qayıdan Qaya,Dalmış bir uğurlu dərin qayğıya.Həmən müəllimi yadına salmış,Başını möhtəşəm xülyalar almış."Kişini gözlətdim o zaman", – deyə,Qapılmış çox dərin bir bədbinliyə.Anır bu can deyən yoldaşlarını,Sonra qan-qan deyən yoldaşlarını.Anır, bu aləmə nifrət eyləyir,Nifrəti getdikcə şiddət eyləyir.Anır, ürəyinə başqa şey gəlir;Görürsən gözündən onun hey gəlirKeçir yığın-yığın belə səhnələr:Fitnələr, ölümlər, nələr, eh nələr…Qaya öz-özünə düşünür ağlar,Onu bu dəhşətə bağlayan bağlarGörəsən, bir kərə qırılacaqmı,Qaya bu dəstədən ayrılacaqmı?-V**Qaya, səfil Qaya tutulmuş artıq;Xəyalı çalpaşıq, fikri dağınıq.O, bəzən özünü boğmaq istəyir,"Bu rəzil həyatdan nə çıxsın?" – deyir.Xayır, ey küçələr kralı Qaya!Ey yorğun, qanadı yaralı Qaya!Bir dəfə əl çəkib sən keçmişindən,Islahat evində olan işindənBərk yapış, o səni hər düşüncədən,Əzabdan, qayğıdan və işgəncədən,Qurtarar. Bu gözəl, geniş dünyayaBir yeni ürəklə gəlib, ay Qaya,Yaşarsan mehriban bir insan kimi,Böyük qurğu quran bir insan kimi.Qovdu ruzgar kimi illəri illər,Dəyişdi zamanlar, döndü fəsillər.Bir gün bahar oldu, bir gün qış oldu;Qaya o dəstədən ayrılmış oldu.İşlədi, oxudu, Qaya yüksəldi.Bir gün müəllimlə üz-üzə gəldi.-Q a y a**Görünür ki, məni tanımadınız,Günah sizdə deyil, məndədir yalnız.Mən səfil Qayayam, qoca müəllim!Ey adı göylərdən uca müəllim!Xatırında varmı, neçə il əvvəlOlduqca nəşəli, olduqca gözəl,İlıq oxşayışlı bir bahar günü,Sabir bağçasında açıb könlünüDedin: "Bu dünyaya yaxşı nəzər qıl,Gəl sən bu dəstədən biryolluq ayrıl!"İndi o həyatdan ayrılmışam mən,Qından qılınc kimi sıyrılmışam mən.-VI**Bir gün bir döngədə bir neçə yoldaşYenə şirin-şirin aşıq atırlar.Hamsının ruhunda dərin bir təlaş,"Cay!" – deyib, "Cuy!" – deyibmarçıldayırlar.Gəncliyin o gözəl, ilk yaşlarında,Bunlar səfalətin qurbanlarıdır.Sərsəm ruhlarında, dik başlarındaQaynayan keçmişin yadigarıdır.Ayağı altında bu adətlərinHəqir torpaq kimi əriyir onlar.Tutub ətəyindən fəlakətlərinBir ölümə doğru yürüyür onlar,Bunların başçısı köhnə Mişkadır.Ucaboy, qaraşın bir oğlandır o,Hər ipdə oynayan, hər şeyə qadir,Qaya kimi böyük bir tufandır o.Budur, yanlarından keçdi bir nəfər,Qoltuğunda qalın, qiymətli cildlər.Onun şimşək kimi çaxan gözləri,Uzaq xəyallara baxan gözləriParlaqdır göylərin çiçəklərindən;Birdən Mişka durub qalxdı yerindən;– Ay uşaqlar, Qaya!..– Kim?– Bizim Qaya!..Hamı təəccüblə baxdı o taya.Atılan aşıqlar qaldı yerində,Hamsının heyrətli nəzərlərindəÇırpıntı bir maraq, uçdu bir maraq.Vardı bu heyrətdə böyük təmtəraq.Mişka bir quş kimi sıçradı qaçdı,Köhnə həmdəminə ruhunu açdı.-M i ş k a**Mən ölüm, bəri gəl, Qaya, ay Qaya!Bu qədər xor baxma bizim dünyaya.Bunlar bütün sənin yarın, yoldaşın,Mərdümgirizlikdən biryolluq daşın!Yenə gəl, yenə get, ayrılma bizdən,Bu saat nə keçir ürəyinizdən,Deyiniz, hazıram!-Q a y a**Mişka, çox sağ ol!Artıq bambaşqadır tutduğumuz yol,Artıq aramızda bir uçurum var.Mənim ayrı dərdim, ayrı yolum var.Daha mən sizinlə barışa bilməm!Sizin sıranıza qarışa bilməm!-M i ş k a**Neçin?-Q a y a**Neçinlərin cavabı çətin,Mən sizi çulğayan bu fəlakətinBir zaman üzərək çirkablarında,Səfalətlərində, əzablarında.Nələr eşitmədim, nələr görmədim?Orda yaxşılıqdan əsər görmədim.-M i ş k a**Canım, nə yaxşılıq, budur yaxşılıq…(Əlini cibinə vurur.)-Q a y a**Xayır, keçmiş ola bu şeylər artıq,Siz onu özünüz qazandınızmı?Heç onu çalarkən utandınızmı?Bu, bir işdən çıxan sinəsi tərli,Keçmişi zəncirli, paslı, kədərliSevincək evinə dönən dulundur;Ya əli qabarlı bir oğulundur.O səni qarğıyır bu saat evdə,Sən bu səfaləti ürəklə sev də,Baxalım nə olur sonu?-M i ş k a**Ay Qaya!Bu qədər bənd olma çox da dünyaya.Bu sabah girimə düşmüşdü bir "yağ",Hələ görməmişdim böylə bir "ayağ",Nəhayət soyaraq buraxdım onu.Soyulmaq deyilmi həyatın sonu?Mişkanın əlindən varmı bir qaçan?Sonradan əlimə keçdi bir "siçan",Bəlkə bu son sözü unutmuşsunuz,Çünki siz bambaşqa yol tutmuşsunuz.Müxtəsər, bu şirin bir ixtilatdır.Bu da öz yolunda bir cür həyatdır.Beş günlük ömründə kefə bax, kefə,Kim gəlmiş dünyaya ikinci dəfə?!.-Q a y a**Sizin çəkdiyiniz bu kef zəhərdir,Sizi içinizdən yeyir, əridir.Neçin boş baxalım beş günlük ömrə?Bir anlıq həyat da ölümə görə,Məncə qiymətlidir, məncə dadlıdır.Həyatın hər anı quş qanadlıdır.Sizə bu nəşəni, zövqü verən də,Sizi sərxoş edən, əyləndirən dəHəyatda çırpınan diləkdir, fəqətBu dilək kirlidir, bu dilək səqət!Qaranlıq çökürkən gözlərimizə,Dostlar ağlayaraq, baxarkən bizə,Güclə ayrılırız bu şən dünyadan,Ulduzlu dünyadan, gülşən dünyadan.-M i ş k a**Qaya, yadındamı, vaxtilə sən də,Bizimlə birlikdə keflər çəkəndə,Bir gözəl yanıqlı şərqi oxurdun?(Qaya məlul düşünür.)Neçin fikirləşib don kimi durdun?Xatırında yoxmu?-Q a y a**Xeyir.-M i ş k a**Bu saat.Çağırım oxusun qoy cunquş Murad.-(Mişka Muradı çağırır.)*-M u r a d**Gözəl səhər, gözəl hava,Zalım ovçu çıxdı ova…-M i ş k a**Ay çanım, onu yox, o birin oxu,O qədər ruhumu oxşamayır bu.-Q a y a**Neçin bu mahnıya xor baxırsınız?Görünür ki, sizi dünyada yalnız,Ölümlü kəlmələr maraqlandırır,Qan deyən nəğmələr maraqlandırır.Öyləmi?-M i ş k a**Arxadaş, öylədir, öylə.Hər günüm keçməsə bir vəlvələylə,Gen dünya başıma dar gəlir mənim,Sanki baharıma qar gəlir mənim.Oxu, Murad, oxu, o birin oxu!O qədər ruhumu oxşamayır bu!..-M u r a d**Mən bir quşam, yox vətənim,Yoxdur sevib istəyənim.Atam-anam kimdir mənim?Bu dünyada, bu dünyada,Dərd əlindən gəldim dada.Bir oğlanam, güclü, qoçaq,Qoltuğumda qanlı bıçaq.Məni öz dostum satacaq,Bu dünyada, bu dünyadaDərd əlindən gəldim dada.-Q a y a**Əvət, öz dostunuz satacaq sizi,Qana döndərəcək ürəyinizi.Siz öz içinizdən çürüyürsünüz,Bir axşam döyünən polad köksünüzBir bıçaq altında əriyəcəkdir.Sizi bir heçliyə sürüyəcəkdirTutduğunuz bu yol, bu dəhşətli yol,Bu sonu uçrumlu, fəlakətli yol.(Əl verib küsküncə ayrılır.)-B i r i**Ay canım, bəri gəl, o bir kənəkdir,Işi molla kimi vəz eyləməkdir.Sən də ki, günahkar bir uşaq kimi…Əsirsən önündə bir yarpaq kimi,-M i ş k a**(hayqıraraq)Beş günlük ömründə kefə bax, kefə,Kim gəlmiş dünyaya ikinci dəfə?-VII**Çox zaman şəhərin küçələrində,Bəzən axınların toplu yerində.Həmən mişkalara yoldan keçəndə,Oxucu, baxırsan diqqətlə sən də.Hər məchul səhnədə oynayır bunlar,Həyatın ruhunda qaynayır bunlar.Sanki bizim lisan onlara dardır,Özlərinə görə dilləri vardır.Mişkanın mənzili qır tiyanları,Qaynayan şəhərin dar dalanları.Çocuq həyatını bu yolda sürdü.O gah tutulurdu, gah döyülürdü.Bir dəfə Mişkanı tutdular yenə,Apardılar onu çocuq evinə.Pozuq azadlığa alışdığından,Zavallı ruhuna bir qara zindanKimi dar göründü tərbiyə evi,Saxlamaq olmadı bu yetim devi.Bir axşam qəfəsi qırıb da qaçdı,Qaş-daş həyatını alıb da saçdıBu boş azadlığın çamurluğuna.Bəzi yoldaşları uymadı buna.Onlar oxudular, adam oldular,Bir kəhkəşan kimi cığır buldular.Oxucu, dediyim sanma xəyaldır,Buna qəhrəmanım Qaya misaldır.Indi gəncliyini keçirir Mişka,Zənnimcə yaşlıdır Qayadan bir az.Onun yolu başqa, bununku başqa,Biri tələbədir, digəri quşbaz.Yenə də Mişkanın qanı qaralmış,Uçmuş, qayıtmamış bir göyərçini;Rəngi heyva kimi solmuş, saralmış,Yeyir ürəyinin bütün içini.Bu gün xəbər tutmuş filan yerdədir,O, söylənən yerə gəldi sevincək,Onun quşcuğazı yad əllərdədir,Bilir ya verəcək, ya verməyəcək.-M i ş k a**Mənim göyərçinim uğramış sizə.-P o l a d**Bəli, göyərçinin uğramış bizə.-M i ş k a**Verin!(Polad gülür kinayələrlə.Mişkanın ürəyi yanır kədərlə.)Gülmə arvad kimi, ver göyərçini!(Bu sözlər Poladın kəsir içini.)-P o l a d**Get burdan, əcəlin tamam olmamış!-M i ş k a**O yan-bu yan etmə, ağıllı danış.Çox da öz-özünə havalanma sən!Yanımdan yel olub ötə bilməzsən.-P o l a d**Çənə döyüşdürmə mənimlə, get, get!-M i ş k a**Gəlmişəm, kişisən, nə bilirsən et!-P o l a d**Qan tutmasın səni, sovuş başımdan!-M i ş k a**Çox uzun danışma, bu sən, bu meydan!(Poladın gözləri iki ocaqdı,Bıçaq şimşək kimi əlində çaxdı.)-P o l a d**Al bu göyərçinin, al daha bir dəSənə qonub gələr quşun qəbirdə,Saplandı yazığın bıçaq içinə,Mişka qurban getdi bir göyərçinə.Mişkanı aldılar xəstəxanaya,Ordaca qaraldı gözünə dünya.O kimdir Mişkanın başı üstündə?Bir kədər buludu gəzir üzündə.Könlündə çırpınış, gözlərində yaş,Xəyalında təlaş, ruhunda təlaş.O kimdir varlığı qüssəli, yaslı?O ruhu titrəyən, o ağ libaslı,Təcrübəyə gələn tələbə kimdir?O bizim Qayadır, yarın həkimdir.Bu axşam olduqca qəmlidir Qaya,Əcəba, yenə də düşünür nələr?Yenə dalmış kimi dərin xülyaya,Dolanır gözündə hansı səhnələr?Edir gövdəsinə başı ağırlıq,Muztərib dolaşır öz otağında.Yandırıb paprosu çəkmədə sıq-sıq,Bir xəyal dolaşır qaşqabağında.Bu xəyal ömrünün ilk sarvanıdır,Ona bir deyəcək sözü var kimi,Gəlib keçmişini ona tanıdır.Tutulur çöhrəsi son bahar kimi.Bayaqkı səhnəmi bu hala salmışÜrəkdən sevdiyim bu qəhrəmanı?Neçin ovlağından enib dolanmışBu yeni dünyanın nəşə tərlanı?Ay Qayam, adına yaraşmayır heç,Bağrını əridən acı dalğalar.Gəl bu düşüncədən, bu qayğıdan keç,Könlünü döyməsin bu qasırğalar,Bir də bu qurduğun evə-eşiyə,Bu əlvan otağa yaraşmaz kədər.Nədir salan səni bu ilişiyə?Nədir alnındakı qəmli ləpələr?Xəyal göllərində yorma kəndini,Bir sərab kimidir acı keçmişin.Yersiz xülyaların qır kəməndini,Əlində natamam qalmasın işin.Haydı, hünərini dostlara bildir,Sənin bir uğurlu gələcəyin var.Qurduğun qurğuya əngəl deyildirİçindən çürüyən, ölən mişkalar.-SON**Ey keçən dostlarım, yazıq səfillər,Mən də sizin kimi bir neçə illərÜmmanlar üstündə başsız, pərişan,Acı dalğalarla yersiz çarpışanBir qərib təknəyə bənzər kimiydim,Qayəsiz yollarda gəzər kimiydim.Nə ata çağrışı, nə ana səsi,Bunların gül kimi lətif busəsiRuhuma ətrini saça bilmədi.Mənim çocuq dərdim heç əksilmədi.Ah, nələr çəkmədi bu qərib başım,Dəydi daşdan-daşa müztərib başım,Bir sabah əlimə keçdi bir kitab…Aldı çaynağına məni inqilab.Nə üçün baxalım bir də arxaya?Sinəmdəki dağın biridir Qaya!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets