28 aprel
Mən əzilən bir sinifin hayqıran,Haq bağıran sədasından yarandım.Ölümlərin pəncəsində hıçqıranMəzlumların nəvasından yarandım.
İnsan oğlu, uzaqlaşma, gəl yaxın;Başqa yoldan alınmasın sorağın.Bir günəşin, bir məsləkin, bir aşqınƏn həqiqi mənasından yarandım.
Yeni eşqi, yeni zövqü yaratan,Yeni dünya qurmaq üçün can atan,Yeni sazın tellərini çınlatanBeynəlmiləl havasından yarandım.
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-28-aprel
Use ← → keys to move, R for a random poem
More by this author
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
GöygölMən bu gün Göygölü durğun gördüm,Göygölün şəklinə vurğun gördüm.
GülüşlərGülüş vardır səslərinə tuncəkslər yapdırır,Gülüş vardır könülləri ruzgarlara qapdırır.
GülnazYeni on dörd yaşa girmişdi bu yazSarışın, nəşəli, xırçın Gülnaz.
Poems by other poets
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz