Gecə düşüncəsi
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.Bunları seyr edərkənBir az fikrə gedərkənFikrim, hissim, xəyalım o qədər yüksəldi ki,Mənə öylə gəldi ki,Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...
Gecə sakit... düşüncəm sakit deyildir fəqət,Gözlərimin önündə canlandı bir həqiqət.Xəyalım ənginlərə o qədər yüksəldi ki,Mənə öylə gəldi ki,İlk dəfədir kainat-Dünyanı sellərində çalxayan bizim həyatSağda, solda döyüşmüş,Sonra yoluna düşmüş.Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl!Seyr edəlim qol-qola bu zümrüd çəməndə gəl!Göy üzünə bircə bax, hər ulduz bir sarı gül,Yarı qönçə, yarı gül.Səni gördüm, xəyalım o qədər yüksəldi ki,Mənə öylə gəldi ki,Bizə bu nazlı aləm görünərdi qaranlıq,Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq.Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.Bunları seyr edərkən,Bir az fikrə gedərkən,
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,Mənə öylə gəldi ki,Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-gece-dusuncesi
Use ← → keys to move, R for a random poem
More by this author
Oxu, sevdiciyim, öz həvəsinlə!İlham qanadlanır sənin səsinlə.
OnaKönül oğurlayan bir adı vardır,Mələk deyil, amma qanadı vardır.
ÖlkəmDünyamızı seyr etdim min dürlü həvəslərlə,Gördüm coşuyor dillər pək nəşəli səslərlə,
Pambıq şaxlarıHər şaxın üstündə bir bəyaz xülya,Bir titrəyiş duysa düşər qorxuya,
Poems by other poets
Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Gəraylı: Ey saqi, dolana-dolanaEy saqi, dolana-dolana,Dolduruver müştaq olana,
Gəraylı: Rüxsarın ətrafında nə xoşRüxsarın ətrafında nə xoşDüşübdür danə xalların