Hər şaxın üstündə bir bəyaz xülya,Bir titrəyiş duysa düşər qorxuya,Dönər boynubükük yasəmənlərə,Qırılar, tökülər, sərilər yerə.O bəyaz xülyaya toxunun yavaş,Yoxsa ürəyində duyar bir təlaş.Dalğın bir şairin xülyasıdır o,Mil düzünün bəyaz röyasıdır oKi, bu gün həqiqət şəklinə girmiş,Bütün şübhələri yıxıb devirmiş.Görünür tarlada ülviyyətimiz,Nazik şaxlar təmiz, kolxozlar təmiz.Hər qoza ləkəsiz çocuq varlığı,Sığmayır dünyaya bəxtiyarlığı.Mən neçin bu zaman fikrə getməyim,Ya neçin fikrimi dərinlətməyim?Mən neçin bu zaman coşub-daşmayım,Ürəkdən həyata yaxınlaşmayımKi, bir gənc şairə lazım olan hər,Hər dürlü mənzərə burda əks edər!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets