Bəzən titrəşərək parlayırsınızGöylər bağçasında lalələr kimi,Bəzən yaş tökərək ağlayırsınızLalələr üstündə jalələr kimi.Baxarkən süzülən gözlərinizə,Deyirlər: nə qədər siz yovuqsunuz.Həqiqətdə isə bir-birinizəSiz çox iraqsınız, çox sovuqsunuz.Fəqət biz – o gözəl sevgilimlə mənUzaqdan-uzağa tanış deyilkənNə qədər yaxınıq, öyrənsəydiniz.Şirin söhbətlərdən uzaq da olsaq,Uzun illər boyu ayrı da qalsaq,Eyni duyğularla vurur qəlbimiz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring