Torpaq və traktor
Qranit damarları ey çəlik qanlı torpaq,Paltarı sərt dəmirdən əli qalxanlı torpaq,Nə der sinəndə meydan sulayan, hayqıran div?
Der ki, mənim varlığım uyuşub yatan deyil,Dişləri tez oynayan xış deyil, kotan deyil,Köksünü bıçaqlayan, qollarını qıran div!
Gəl yeni cəlladını- bu nəri dinlə, torpaq,Onun çıxardığı gur səsləri dinlə, torpaq.Ayaq iti, baş yekə, saçlar buluddan siyah...
Möhtəşəm gövdəsilə keçərkən üzərindən,Neçə neştər iz qaldı qartlaşan içərindən,Bizim div çınlatarkən qulaqlarında qah-qah?...
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-torpaq-ve-traktor
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Nə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
BaxBu bivəfa, bu bivəfaDünyayə bax, dünyayə bax.
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"