Hər şeyin anası, qaynağı sənsən!Sənin varlığına ölüm-itim yox.Sən bütün-bütünə ruhsan, bədənsən,Gözəl torpaq, sənə çox borcluyam, çox!Bu qardaşım ağac, bu dal, bu yarpaq,Hamsını canladan sənin şirəndir.İnsan da, ey qoca, ey köhnə torpaq,Sənin hər addımda dəyişdirəndir!Sən və mən bir ruhuq iki qalıbda,Qara torpaq, səni yerdən alıb daGöylərə qaldıran əməllərindir!Sənə qüvvət verən, sənə ruh verən,Çoraq çöllərini çiçəkləndirənMənim şən əməyim, alın tərimdir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets