Xoşbəxtəm ki, yazıb-pozan şairlərdən biriyəm,İş başında insanların köməyidir şerimiz.Hər şairin mənim kimi öyünməyə haqqı var,Böyük sənət sarayının dirəyidir şerimiz.

Məhəbbətdən söhbət gedən hər mənalı məclisdə,Səadətdən söhbət gedən hər mənalı məclisdə,Sədaqətdən söhbət gedən hər mənalı məclisdəSevənlərin dillərinin bəzəyidir şerimiz.

Ağ günlərdən vəcdə gələn, könülləri dindirən,Gələcəyə addımlayan nəsilləri dindirən,Bir-birinə candan bağlı dost elləri dindirən,Sonsuz, nəcib əməllərin bəzəyidir şerimiz.

Körpə ana bətnində də şeir eşidir anadan,Dünyamıza şair – məncə belə gəlir binadanSüleymanam, səhv etmərəm söyləsəm ki, hər zamanİnsanların çörək kimi gərəyidir şerimiz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets