Baharların baharıdır bu inqilab baharımız,Könüllərin vüqarıdır bu inqilab baharımız.

Qara günlər təqviminə qələm çəkib döyüşlərdə,Ağ günlərçin sinə gərib, qan-tər töküb döyüşlərdəZülmətlərin pərdəsini yırtıb, söküb döyüşlərdəÖmrümüzün aynasıdır bu inqilab baharımız.Eşqimizin mənasıdır bu inqilab baharımız.

Bu baharın əməlləri ürəklərdə köklər atıb,Ən müqəddəs arzularda, diləklərdə köklər atıb,

Dünyamızı aydın görən bəbəklərdə köklər atıb,Əsrimizin növrağıdır bu inqilab baharımızDüşmənlərə göz dağıdır bu inqilab baharımız...

Yer üzündə bu baharın ömrü bahar övladıyıq,Bu gülşənin, bu gülzarın ömrü bahar övladıyıq.Şan-şöhrətli bu diyarın ömrü bahar övladıyıq.Ömrümüzün günəşidir bu inqilab baharımız,Qəlbimizin atəşidir bu inqilab baharımız.

Ana vətən göylərində dalğalanır bayrağımız,Qardaşlığın pozulmayan vəhdətidir dayağımız.Zirvələrin zirvəsindən gəlir bizim sorağımız,Oktyabr möhürlüdür bu inqilab baharımız,Günəş qədər ömürlüdür bu inqilab baharımız!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring