Vətənimin seyrinə çağırıram elləri,Sərvət görmək istəyən Azərbaycana gəlsin!Bəzənib başdan-başa şəhərləri, kəndləriCənnət görmək istəyən Azərbaycana gəlsin!

Qanımızda dövr edən sədaqətdir, sədaqət,Günəşdən də parlaqdır gözümdə bu həqiqət.Dostuna, qardaşına təmənnasız məhəbbət,Hörmət görmək istəyən Azərbaycana gəlsin!

Gözəlliklər Vətənə gözəllərindən gəlir,Dostluğun-qardaşlığın təməllərindən gəlir,Könüllərin müqəddəs əməllərindən gəlir,Qüdrət görmək istəyən Azərbaycana gəlsin.

Saysız qəhrəmanlarınQurub yaradanların,Qocasında, gəncində, bu sadə insanlarınŞöhrət görmək istəyən Azərbaycana gəlsin!

Payızında, qışında, baharında, yazındaDinir dostluq nəğməsi könüllərin sazında.Sabaha addımlayan mərd oğlunda, qızındaQeyrət görmək istəyən Azərbaycana gəlsin!

Zavalsızdır ömürlük qoynundakı bağça, bağ,Məhəbbəti, şöhrəti dolaşır oymaq-oymaq,Al bayraqlar altında alnıaçıq, üzüağ,Millət görmək istəyən Azərbaycana gəlsin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring