Süleymanam, dəyişmərəm
Könül necə sevinməsin, bahar gəlib, bahar gəlib,Gəzib diyar-diyar gəlib.Gəlib əlində lalələr,Şəfəq dolu piyalələr.Gəlib ətir səpə-səpə,Vətənimin torpağını öpə-öpəVəcdə gəlsin mavi Xəzər,Səhər-səhərDalğalansın yurdumun al bayraqları,Mahnılarla qönçələnsin gözəllərin dodaqları.Bahar gəlib mahnımıza, şerimizə,Kim öyünməz, olsa bizim yerimizə?!Vətənimin bahar dilli bir kolxozçu Leylasını,Qan ləkəli,TəhlükəliSarayların qoşun-qoşun Leylasına dəyişmərəm!Yeni sovet şerimizin bir bəndini, mənasınıXaricdəki adı böyük,Zəmanənin üstünə yükMilyon-milyon kitabların mənasına dəyişmərəmXəzərimdə zəfər çalmış bir neftçinin gülüşünüBöhtan atan,Yalan satanDodaqların gülüşünə dəyişmərəm.Bizim gözəl dünyamıza bir körpənin gəlişiniAçıq deyim,Çox sevdiyimİlk baharın gəlişinə dəyişmərəm!Öz evimdir vətənimin hər bucağı,Könülaçan bahar çağıİlhamıma qanad verən,Həyatıma həyat verənSevgilimin camalını günə, aya dəyişmərəm!Bahar adlı dünyamızı yüz dünyaya dəyişmərəm!Bir dost kimi gəzir yenə bahar doğma diyarımı,Bu varımı dünyadakı bütün vara dəyişmərəm!Xoşbəxt ana vətənimdə candan gülən baharımı,Yad ellərdə qan ağlayan min bahara dəyişmərəm!Bilir vətən, bilir anam, dəyişmərəm,Dəyişmərəm, Süleymanam, dəyişmərəm!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-suleymanam-deyismerem
Use ← → keys to move, R for a random poem
More by this author
Ey könül, amalımın dünyası beşgünlük deyil,Düşmə ruhdan, ömrümün mənası beşgünlük deyil.
Azərbaycandan ayrılmazGözəllik, incəlik, sevgi, vəfa insandan ayrılmaz,Coşan sellər, axan çaylar necə ümmandan ayrılmaz.
NəsillərəNəsillər! Bilirik ki, deyilsiniz vəfasız,Baxmayın, etinasız
Nəvəm Günəşə məktubHəyatda parolun, əziz Günəşim.Vicdanın, namusun, qeyrətin olsun.
Poems by other poets · Nature and spring
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Küsdüyüm baharYenə gəldi könlümün küsdüyü bui lk bahar,Yenə açdı, şerimə ruh verməyən çiçəklər…
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
SonaNə yandırdın eşq əhlinin canını,Sənsən bu dünyanın maralı, Sona.