Sona
Nə yandırdın eşq əhlinin canını,Sənsən bu dünyanın maralı, Sona.Tökməginən sən aşığın qanını,Soluban gül rəngin saralı, Sona.
Bağban olub bağlarına girmədim,Qızıl gülü dəstə-dəstə dərmədim.Dərib sevdiyimə verə bilmədim,Alışan ocaqlar qaralı, Sona.
Gözəllər içində məşhurdur üzün,Məxluqat içində şirindir sözün,Xumarlanmış, canan, qaş ilə gözün,Nə üçün gəzirsən aralı, Sona.
İndi düşdü ayrılığın zamanı,Kim eylərdi böylə işə gümanı,Xəzəl tək saraltdın Molla Cüməni,Başım olub mənim bəlalı, Sona.
Kitabxana.az · https://kitabxana.az/en/works/molla-cume-sona
Use ← → keys to move, R for a random poem
More by this author
Gözəl səndən xəbər alım,Var əndamın qarmı sənin?
Gözlərim eylə tamaşaGözlərim eylə tamaşa:Yar qarşıda dayanıbdır.
Bixəbərsən, ey könül, nə eyləmiş dövran sənəBəxtəvərsən, ey könül, nə eyləmiş dövran sənə,Dərdin artmış dəryadan, etməz əlac loğman sənə.
MədədGecə-gündüz duam budur,Cabbar Cəlildən mədəd.
Poems by other poets · Love
Biydad! Çərxi-gərdun saldı bizi əmanə,Sənsiz dönübdü ey gül, gözüm yaşı tufanə.
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat