O axşam verdiyin konsertə söz yox,Bilirsən hamının dilini, Zeynəb!Uzaq ellərə də tanıtdırırsan,Doğma Vətənini, elini, Zeynəb!

Günəşə qədərdir eşqin, vüqarın,Şeirdir, nəğmədir sərvətin, varın.Sönməz öd nəfəsin – yad mahnılarınHavaya sovurur külünü, Zeynəb!

Coşduqca cəh-cəhin dalğalar kimi,Gülür dodaqların ilk bahar kimi,Xalqınla keçirdin sənətkar kimi –Gününü, ayını, ilini, Zeynəb!

İllərdir tanışam sənin səsinlə,Sevinc paylayırsan ürək sözünlə,Vəcdə gətirirsən xoş nəfəsinlə,Könül rübabımın telini, Zeynəb!

Sən ey hər millətin əziz qonağı,Solmaz ilhamımın mahnılar bağı,Böyük məhəbbətlə qardaşsayağı,Sıxıram göyərçin əlini, Zeynəb!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland