Çox da o sahildə yad əllərilə,Adı kitablardan pozulan mənəm.Bununla təsəlli tapıram ki, mən,Şeri ürəklərə yazılan mənəm.

Leylamı səsləyib, gəzdim illərlə,Keçirdim günümü təsəllilərlə.Könül dəftərinə qara əllərlə,Ayrılıq damğası basılan mənəm.

Xalqın xəbərdaram diləklərindən,Qan sızar gözünün bəbəklərindən.Uçan durnaların lələklərindən,Hicran məktubları asılan mənəm.

Çox da ki, deyiləm özüm o tayda,Dolaşır dillərdə sözüm o tayda,Araz sahilində, gözüm o tayda,Məzarı bu tayda qazılan mənəm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation