Ömür keçdi, hicran quşu can evimdən köçmədi,Arazından iki qardaş yan-yana su içmədi.Heç özüm də bilmədim ki, necə oldu, qardaşım,Ayrılıqdan, dərd əlindən ürəyimiz şişmədi!Dəli könlüm istəyəntək buz bulaqlar başındaOcağımız tüstülənib, kababımız bişmədi.

Şair gözüm qızılgülü, qərənfili, laləniO sahildə, bu sahildə bir-birindən seçmədi.Niyə mənim bu əllərim məhəbbətin bağından,Tikanları oraq kimi öz vaxtında biçmədi?!Mən mücahid qardaşımın gözlərindən öpürəm,Al bayrağı güllələrdən çoxdan deşmə-deşmədi.Qanlı döyüş meydanında, qara gündə, dar gündəƏcdadımın həm Qıratı, həm Bozatı kişnədi.

Dağ gövdəli hansı igid, hər savaşın sonundaBabək kimi, Koroğlutək bığlarını eşmədi?!Qan qardaşım, bir zamanlar sənin, mənim qılıncım,Dəstəyədək cəlladların ürəyinə işlədi.

Şöhrətini ulduzlara, aya, günə yazdılar,Heyrətindən qoca dünya barmağını dişlədi.

Hanı sənin o çağların? Yox, yox, görüb duyuram,Azadlığın sorağında sinən, bağrın təşnədir.Yaxdı məni hicran dərdi, bu dərdimin yanındaÖzün yaxşı bilirsən ki, başqa dərdlər heç nədir.Dərdli Araz sahilində, uzun yollar boyunca,Qana dönmüş, ürəyimdən nələr gəlib keçmədi?!Qan qardaşım, gül üzünə bir də baxım doyuncaBəlkə bir də bu yerlərdən mənim yolum düşmədi!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation