Şad günümdə yaxşı ki, məndən də şaddır sevgilim,Şerimə illər boyu qoldur, qanaddır sevgilim.Könlünün istəkləri heç gizli qalmaz kimsədən,Körpələrtək qüssədən, qəmdən azaddır sevgilim.Bir gözəl insan kimi, yoldaş kimi, sirdaş kimi,Mənzilimdə ay deyil, bir kainatdır sevgilim.Bir gözəllikdən gözəllərtək o da məhrum deyil,Dil deməz qısqanclığa ömründə yaddır sevgilim.Mən nə Fərhadam, nə Məcnun, mən Süleyman RüstəməmBilməyənlər də gərək bilsin Sayaddır sevgilim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets