Rəssamın öz fırçası, öz rəngi var,Şairin öz xətti, öz ahəngi var.

Şairəm, xoşbəxtlərin övladıyam,Könlümün yalnız o taydan dərdi var.Eşqimin öz aynasında bəxtə bax –Zərləri şeş-beş atan öz nərdi var.Sözlərim pərvazlanıb, ellər gəzir,Kim deyir şerin, sözün sərhədi var?Mən Süleyman Rüstəməm, ömrüm boyu,Şerimin sərhədi yox, mabədi var!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets