Gülmesin, hergiz cahanda ruyİ-ürfan, gülmesin,
Çıxmasm şəmsi-temoddun, əhli-vicdan gülməsin.

Gülsün ol kəslər ki, dünyanı xerabistan sevər,
Her ne var şeytan gulərsə gülsün, insan gülməsin.

Sonyalar gülsün, açılsın qönçətək şirin ləbi,
Dərd içinde qoy qala Fatma, Tükəzban, gülməsin.

Elm; sənətle gülərsə qonşular, baxma ona,
Cəhd ele, qardaş, maarifle müsəlman gülməsin.

Paymai olsa hüququ binəva dehqanlarm,
Olsun, olsun, qoy çox olsun, ruyi-dehqan güiməsin.

Ey bizə fani cahanıo dövlətindən dəm vuran,
İstəyirson bizlərə cənnətdə qılman gülməsin?

Görsə bİr məzlumu çahi-zillət içrə can verir,
Olmaz əsla, zövq ilə molla badımcan gülməsin.

  • "Molla Nəsrəddin", 20 may 1914, N 18

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Çirk

Bİldir həmin bu fəsildə ki, yay idi, Naxçıvan şehərini qızdırmatitrətme bürümüşdü. Hətta iki-üç yüzədək adam məhz qızdırmatitrətmədən vəfat etdi. Şehərİmizde oian cəmi müsəlman vo rus həkİmlərİ acız qalıb her cüre müalicə edirdilərsə də kargər olmurdu. Amma sonra Allah-taalanın bu yazıq Naxçıvandakı bəndələrinə rəhmi gəüb, şəhərimizİn vaizi molla Zülənam cənabları mənbərdə vəz əsnasinda tərləyİb və çirklənmiş köynəyinin tərini və çirkini onlara şəfa qərar verdi. Belə ki, bu ilin ərzində şəhərimizin hamı müsəlman övrətləri balaca şüşələr götürüb Axundgildən pul ilə o mücərrəb davadan alıb hansı bir qızdırmalınm canına və hansı boğazı gəlmişin boğazına sürtdülərsə, fılfövr şəfa tapıb, canları bidin və laməzheb rus hekimlərinin əlindən qurtardı. Əlhemdülİllah, bu il şəhərimizdə bir nefər də qızdırmah və naxoş tapılmır.Belə məlum olur ki, bu dava təhvil suyundan yüz dəfə faydalı və mücərrəbdir.

1 min
Ənasiri-ərbəə

Dünyada her zadın elmi cəhlindotl yaxşıdır. Mən indiyəcən ki, bir para intelligenttərin bizim nikahi-ərboo barosində bizo elədikləri iradı eşidirdim, lap məəttəl qaitrdım ki, ogər doğrudaıı da bu məsəlo qabili-tonqiddirso, niyə mollalanmız və vaİzlərimiz hey mesacid və monabirdə bu məsələnin savabına və mühəssənattna dair təkid eləyirlər. Amma Allah bizim şeyxə ömür versİn, bu gece bİr böyuk məciisdə neco kİ iaztm idi, bu məsəloni tövzih elədi. Cənab şeyx buyurdu ki, necə ki, bədəndə ənasirimiz dörddii, habele de gerək Övretimiz də evdə dörd ola.Buna dabu dəlili gətirirdi kİ, övretin birinin qam, birtntn sövdası, birinin səfrast, birinin bəlğəmi bizimkile müvafıq gəlmir. Ona göre də gərek hökmən dörd övrət saxlamaq ki, ənasirlər hamısı barabər gəlsin. Vaqeən ohsən bizim mollalarımıza kİ, fikirleşib bu cür şəri mesələləri istixrac eləyirlor və avam üçün əbədən qəll-qeş yeri qoymurlar.

1 min
Rədd

Cənab Molla Nəsrəddin! Məcmuənizin 49-cu nömrəsində “Qafqaz xebərləri” iinvam iiə yazdığınız aşağtdakı mətiebe ki, guya KİIİd’ camaatının Ağ Seyid uşaqlarına gətirdikləri odunlar artıq olduğundan ağalar on vaqon cəhənnomə yola saldılar. Bu matlebə burada olan bəzi diplomatlar İrad eloyirlər. Bunlar deyİrlər ki, Ordubadda ocaq və şəcərə sahibləri olan seyidlərin arastnda 539 il bundan əqdəm bağlanan əhdnamə mövcibincə Ordubad mahalı neçə hisseyə bölünübdür ve her bir beş-altı kendin tyulu ağalann birine çatır. Daha heç birisinin ixtiyan yoxdur o birinin haqqma təcavüz eləməyə. Belə ki, Yaycı', Dizə3, Müsəlman Azası3 və Ordubadın Sərşəher məscidinin cəmi aidatı ve mədaxilinin təəllüqü Mir Süfıd ağanın uşaqları ile canına qurban olduğum Mir Mürtəza ağaya yetişİr. Və habelə Zəngəzür, Qapançayı mahalları Hacı Mİr Həşim ağanın oğlu Mir Hüseyn ağaya mütəolliqdir. Qalan xırım-xtrda seyidlərin də hərəsi bir kəndi, ikİ kəndi idarə edirler. Bircə Sisyan, Dərələyəz, Qarabağ mahallan Ağ Seyidin uşaqlarına tabedir.Demirəm, bəlkə bu axır vaxtlarda onlar bir qolçomaq tayfa ilə sayuz olduqlanna gorə Kilid kəndine eliuzunfuq eləyələr. Yoxsa beynəssadat qanununun 99-cu fesline mütabiq heç birisinin bu bölgüdən təcavüz eləmeyə haqqı yoxdur. Xahiş olunur müxbirtərinizə diqqət eləyib mətləbin həqiqətin yazmağı tövsiyə buyurasınız.

1 min
Ah, keçən günlər

Atalar sözüdür: “Keçən günə gün çatmaz - calasan giinü günə”. Doğrudan da, hanı qədim vaxtlarl Rəhmətlik Dəli Haşim demişkən, hanı Molla Qənı dovrü, mağıl onda xeyİr-bərəkət var idi, hər yanda şeyxi, mütəşəni dəvası olurdu; hər məclisdə bəhslər açıb çığır-bağır saİıb kitabı bir-birlərinin başlarına çırpırdılar. Yaxşı böyük-büyük mollalarımız, imanlı qazilerimiz ve dindar vaizlerimiz var idi. Və hər biri özünü bir tərofə vurub pilovu yeyib, çayı içib merac məsələsi, berül-ələm dəvası və şəqqül-qəmər möcüzosi deyirdilər. Vo birbİrlərini gözəl həcv eləyİrdİlər və deyirdilər.Sən baxgilyn o Rəhim xan ibliso,

2 min

Poems by other poets · Satire