Mən bilirəm, bilməyən də qoy bilsin,Ayrılığın yaman qara üzü var.Günlər deyil, aylar deyil, illərdirÜrəyimdə yarasının közü var.

O taydakı mərd ellərə könlümün,Şerə vurğun nəsillərə könlümün,Həsrət dolu könüllərə könlümün,Dərya qədər deyiləsi sözü var.

Süleymanam, dözümlüyəm firqətə,Zaman gərək son versin bu həsrətə.Ürəyim bir xəritədir, xəritə,Orda əziz vahid Vətən özü var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation