Əla, ey munisi-dirinə qazi,

Yetirdin sinnini sittinə, qazi.

Sanırsan çinə yoxdur kim, bu yerdə,

Gedər quş qanda olsa Çinə, qazi.

Oxuduram, bilirsənmi, görəndə,

Sənə “vəl fəcr”ini tərsinə, qazi.

Nə yaxşı minbər üstə çıxmayıbsan,

Giribsən hücrənin küncünə, qazi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets