Zakir bəylərbəyi Mirzə Cəfərqulu xana onun evində ayaqqabıları oğurlandığı üçün yazmışır
Bəylər, nə layiqdi xan qulluğuna,
Bir kəs atlı gedə, piyadə gələ?
İldə bir yol düşər mənim güzarım,
Vay onun halına, ziyadə gələ!
Bu beyt təzkirənin avtoqraf nüsxəsində yoxdur. Çap nüsxəsindən alınıb.Bu misra doğru olaraq Zakirin nəşr olunmuş əsərlərində “Gələ gör bir adam muradə gələ” kimi getmişdir.
Böyügün dərində lazımdır dərban,
Axşamdan ola bəndeyi-fərman,
Təmənnasız gələn olur peşiman,
Vay onun halına, ziyadə gələ.
Oğurluğa əcəb olubsuz mötad,
Həmrahi-birahın dad əlindən, dad.
Gedəndə şad gedir, gələndə naşad,
Hər kimsə ki, sizin bərbadə gələ.
Gəlməyən adama deyirsiz gəlin,
Müşküldür qayıtmaq ayağı yalın,
Mən genə qıvrağam, Adıgözəlin,
Gərək dalısınca ərradə gələ.
Məsəli-məşhurdur: “Quş dənə gedər”,
Sizdə bir nəf’ yox, savayi-zərər,
Gəlməz o qapıya heç kimsə məgər,
Horadiz, Quyucaq fəryadə gələ.
Mundan sonra girən xanın evinə,
Gərək başmaqların soxa cibinə,
Ya keçirə saf otağın dibinə,
Nə isə, muhəyya, amadə gələ.
Lazımdır tərəddüd xeyirdə, şərdə,
Ədalət üzünə çəkibsiz pərdə,
Bir tə’ziyə olsa xudanəkərdə.
Gümanım yoxdur ki, molla da gələ.
Bir adam təyin et astaniəyə.
Yaxşını yamanı görcək tanıya,
Nə eşiyə, nə də qəhvəxanəyə,
Qoymaya hər yetən səgzadə gələ.
Kitabxana.az · https://kitabxana.az/en/works/nava-zakir-beylerbeyi-mirze-ceferqulu-xana-onun-evinde-ayaqqabilari
Use ← → keys to move, R for a random poem
More by this author
Matəmi böylə tutarmış məgər adəm, qazi?Edə lə’nət ona bəs sahibi-matəm, qazi?
Cəfərqulu xanın Zakirə cavabıQasım bəy, adətdir, xan qulluğuna,Bir kəs atlı gələ, piyadə gedər.
Cəfərqulu xanın Nəvvab Möhsün Mirzə Məmmədqulu Çakər vasitəsilə cavabıEy seyvid və növcavan sərvər,Bu dünyada sənin cəddin məşhurdur.
Cənab Cəfərqulu xan Aşıq Pəri Maralyaniyə, Pəri isə Cəfərqulu xana yazmışdırCəfər qulu xan:Sən, ey Pəri, mələk pərvərdəsisən,
Poems by other poets
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Qəzəl: Ey dost, mən buyurduğuna qoymuşam boyunEy dost, mən buyurduğuna qoymuşam boyunGər istərsən bu köynəyi məndən buyur soyun
Dərdli nəğmə(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*
Mürəbbe: Əyibdi qəddimi qaşlarının taqıƏyibdi qəddimi qaşlarının taqı,Qəsd eyləyib şirin cana gözlərin,