İstiqbal təranəsi
Günəşlər, aylar, ulduzlar vüqar ilə dolaşdıqca,Müzəffər ordumuz hər gün dənizlər, dağlar aşdıqca,Yerin qəlbində tufanlar, təlatümlər qopub çağlar,Səadət al geyindikcə, fəlakət yas tutub ağlar...Müqəddəs intiqam eşqi qılınc çəkmiş üfüqlərdən,Xəyalım tək uçur göydə şəfəqli, nurlu bir yelkən...O, şimşəkdən qanad taxmış süzür göylərdə sürətlə,O insandır, o insandır, ucalmış ərşə qüdrətlə.O, insandır ki hər haqqı, nəsibi qəhrəmanlıqdır,Hünərsiz millətin yurdu günəşsiz bir qaranlıqdır!
Hünərdir ömrə ilk zinət, onun hüsnündə məna var,Qılınclar, nizələr haqdan, hünərdən şövq alıb parlar!Hünər insanla bir yerdə, bir anda qandan olmuşdur;O ən parlaq əməllərdən, ümidlərdən doğulmuşdur.Hünərsiz bir nəfəs sönmüş, kül olmuş aşiyandır, bil!Hünərsiz günlər ulduztək batar bir-bir, sönər bir-bir.Hünərlə hər zaman, hər an həqiqət nuru yanmışdır,Bütün zəncirlərin hökmü hünərlə parçalanmışdır!Hünər dünyası azaddır — fəzalardan aşır qartal.Fələklər hökm edir guya: o ülviyyətdən ilham al!Atıl ümmana eşq ilə, qanad çal, dalğalardan keç,Öz eşqin, haqqın uğrunda səadətdən, bahardan keç!Səfasız bir xəyalatdır hünərsiz bir həqiqət də,Hünərsizlik itaətsə, rəzalətdir itaət də!..Zamanın şanlı övladı qılınc taxmış bu imanla,Axar çaylar, yaşıl düzlər boyanmışdır qızıl qanla.Dumanlar, tüstülər qopmuş tüfənglər, toplar ağzından;Həyat eşqilə odlardan, alovlardan keçir insan!Mənim yurdum da səf çəkmiş, qoşun tökmüş vüqar ilə,Bu Odlar Yurdu sirdaşdır əzəldən ilk bahar ilə.Alaylar cərgələnmişdir, uçur təyyarələr, tanklar;Əsir çovğun, qopur tufan, yerin qəlbində yanğın var!Zamanın qəlbi dargındır, ömürdəndir keçən hər an,
Yanır gözlərdə min şimşək çatılmış qaşlar altından!Uçub səyyar xəyalımla uzaqlaşdım bu aləmdən,Zamanlar adlayıb keçdim, bir istiqbala vardım mən.Bir istiqbal ki, qoynunda gül açmışdır bütün aləm,Onun ulduzlu hüsnündə,Müzəffər, şanlı köksündəNə bir qəm var, nə bir matəm!Şəhidlər qəbri üstündə o istiqbal qurulmuşdur,Bulanlıq çaylar, ümmanlar, tamam yer, göy durulmuşdur.Könüllər mülkü ney tutmuş, xuramandır bütün dünya...Əməl, arzu, xəyal, sevdaÖtür bir sazda, bir simdə, bir ahəng, bir səadətla,Ötür hər qəlbə, vicdana, hər eşqə, hüsnə hörmətlə.Gülür torpaq, gülür insan,O çıxmış yas libasından.Səma şəffaf,Çiçəklər saf,Yerin qəlbində toy-bayram!Gülür sənət,Gülür ilham!Günəş tək nurə qərq olmuş bütün xilqət!Çırağbandır tamam yer, göy; nə zəncir var, nə bir zindan,Bütün insanlıq al geymiş, keçir ömrün baharından.Qılınclar, nizələr, oxlar, ağır toplar pas atmışdır,Kamalın hüsni-eşqilə bəşər cənnət yaratmışdır.Xəyal səyyar pərilərtək süzür göylərdə ülfətlə,Çiçəklər, quşlar, insanlar dil açmış bir məhəbbətlə.Qovuşmuş ayrı ümmanlar... Nə qürbət var, nə həsrət var,Bir eşqin şanlı hüsnilə gəlir dünyaya insanlar...Kamal hakim... Söz azaddır...Xəyal səyyar... Ürək şaddır...Bütün dünyaDeyir guya:Bu qardaşlıq şüarımdır!Təbiətdə,Həqiqətdə
Nə məna varsa əvvəldən...O sevdadan yarandım mən –Gözəllik ilk baharımdır!Xəyaldır bəlkə bunlar ah!.. Qoy olsun, daş deyil insan.Xəyal idrakla bir yerdə gəlib keçmiş zamanlardan...Xəyalsız fikrin övladı səfildir, daima acdır,Həqiqət bir günəşdirsə, xəyalla eşqə möhtacdır!Qanadsız bir böcək uçmaz, sürünmək qurda adətdir.Kamal səyyar doğulmuşdur, xəyal sevdası nemətdir...Xəyalın hüsnü heç solmaz... Bu sənət daima vardır –Zamanı fəth edən ərlər yenilməz qəhrəmanlardır...Alovlardan yol açdıqca sən öz nizənlə, süngünlə,Yaşar fikrin, gülər eşqin sabahkı şanlı bir günlə.Çırağbandır tamam yer, göy; nə zəncir var, nə bir zindan,Bütün insanlıq al geymiş, keçir ömrün baharından...Səma şəffaf,Çiçəklər saf.Yerin qəlbində toy-bayram,Gülür sənət,Gülür ilham!Günəştək nurə qərq olmuş bütün xilqət!
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-istiqbal-teranesi
Use ← → keys to move, R for a random poem
More by this author
Dindi yol üstündə qoca bir çinar:"Şairim, sənə bir şikayətim var:
Sabirin şərəfinəXəyalım bu gecə varaq-varaqdır.Dilsiz əsrləri o yaracaqdır.
Gözüm yollarda qalmışdırGözüm yollarda qalmışdır, xəbər yox Kür qırağından,Usanmaq bilməyir könlüm yaşılbaşlar sorağından.
Lənkəran şeirləriTaleyimdir ilham almaq,Söhbət açıb, qələm çalmaq
Poems by other poets · Nature and spring
Hüsni-nigar əhli-nəzər afitabıdır,Qoymaz, nə sud görməyə, geysu səhabıdır.
Cəfərqulu xanın vəfatı münasibətilə təziyənaməƏfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Khosrow and Shirin, chapter 37چو پیر سبزپوش آسمانیز سبزه برکشد بیخ جوانی